Hansı dövlət qurumları ləğv olunmalıdır? - ARAŞDIRMA
Tarix: 1-06-2017, 12:58 | Çap et
“Təzadlar” ölkənin dövlət idarəetmə strukturlarının büdcə yükünü araşdırdı: Azərbaycanda 18 nazir, 16 komitə sədri və 8 xidmət rəisi, əhalisi bizdən 4 dəfə çox olan Ukraynada isə cəmi 16 nazir, 8 xidmət rəisi var...
Azərbaycan Prezidenti İlham Əliyev büdcə vəsaitlərinə qənaət edilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurum rəhbərlərinə xəbərdarlıq edib, tövsiyyələrini verib.
Bəli, Dövlət büdcəsi-dövlətimizin cibidir. Bu “cib”də olan vəsaitin daha vacib, həyati-əhəmiyyətli sahələrə xərclənməsi, özü də qənaətlə xərclənməsi, olduqca vacibdir. Bədxərclik hər bir adamı qısa vaxtda müflis etdiyi kimi, dövləti də büdcə kəsirli edərək kimdənsə borc asılılığına sala bilən bir kabusdur. Bəs Azərbaycan hökuməti özünü bu kabusdan-bədxərclikdən necə qoruyur?
Az işləyib çox yeyənlər...
Baş nazirin müavini Əli Əhmədov bu günlərdə KİV-ə açıqlamasında açıq şəkildə dedi ki, “Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur... Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”. *** Yaxşı xatırlayırıq ki, bir müddət əvvəl, daha doğrusu, neftin dünya bazarında qiymətinin aşağı düşməsindən sonra Azərbaycanın neftdən daxilolmaları kəskin azaldı və bu zaman hökumət haqlı olaraq bədxərcliyə son qoymaq qərarına gəldi. İlk növbədə dövlət idarəçiliyində təkrarçı qurumların bir çoxu ləğv olundu, bir çoxu birləşdirildi... Dövlət Torpaq Komitəsi, Satınalamalar üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyinin Departamenti və s. ləğv edildi... Bu yaxınlarda isə Nəqliyyat Nazirliyi ləğv edilərək strukturları paylaşdırıldı, əsas sahələri Rabitə /Nazirliyinə verildi. Amma ləğv edilməli Dövlət qurumları hələ də çoxdur...
Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilməlidir...
“Təzadlar” ötən araşdırma yazılarında bu mövzuya toxunmuşdu. Belə ki, artıq Azərbaycanda kənd təsərrüfatı sahələri fermerlərin özəl ixtiyarına verilib: heyvandarlıq, əkinçilik, tərəvəzçilik, eləcə də bağçılıq və balıqçılıq... bütünlüklə sahibkarlarlıq subyektidir. Məsələn, əgər taxılı əkən, səpən, becərən, biçən, satan... fermerdirsə, daha ildə Dövlət büdcəsindən aparatının saxlanılmasına on milyonlar ayrılan Kənd Təsərrüfatı Nazirliyinə və nazir Heydər Əsədova nə ehtiyac? Və yuxarıda dedik, heç o boyda Nəqliyyat Nazirliyi ləğv olundu və Heydər Əsədovun qudası, nazir Ziya Məmmədov bunu islahatların tərkib hissəsi kimi qəbul etdisə, başqa nə deyək... Elə heyvandarlıq sahəsində də eyni məntiq hakimdir. Fermerlər heç süni mayalanmaya görə büdcədən ayrılan subsidiyaları (yardımları) hələ də doğru-dürüst ala bilmirlərsə, bəs onda onların başı üsütünü kəsdirmiş Kənd Təsərrüfatı Nazirliyinə ehtiyac qalırmı???
Heydər Əsədovun nazir kreslosu Azərbaycan Dövlət büdcəsinə neçəyə başa gəlir?
Budur, apardığımız araşdırma maraqlı faktları üzə çıxardı: məsələn, məlum olur ki, 2017-ci ilin Dövlət büdcəsində Azərbaycanın “Qanunvericilik və icra hakimiyyəti orqanlarının” saxlanılması xərcləri 558 miylon 339 min 828,0 manat olub. Həmin vəsaitin nə az az, nə çox-28 milyon manatı məhz Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin aparatının saxlanılmasına ayrılıb. Bir aparatı idarə etmək üçün bu qədər vəsait lazımdırmı?! Özü də o apparat ki, yuxarıda dedik, artıq ona ehtiyac qalmayıb-fermerlər “öz əli, öz başı” prinsipi ilə işləyib dolanır və ölkəni dolandırırlar...
Bəs Belorus, Moldova və Ukrayna ilə müqayisədə Azərbaycanda nazirlərimizin sayı nə qədərdir?
“Təzadlar” daha bir müqayisəli araşdırma apardı: məsələn, məlum olur ki, əhalisi 10 milyon nəfər olan Azərbaycanda baş nazir (Artur Rasi-zadə) və onun 6 müavini var (Yaqub Eyyubov, Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov). Ən təəccüblüsü: Azərbaycanda 18 nazir, nazirlik statuslu 16 komitə sədri, yenə də komitə statuslu 8 xidmət rəisimiz vardır. Biz hələ sayı-hesabı bilinməyən və özünü nazirlik kimi aparan ASC-ləri, QSC-ləri, iri Baş idarə və ya Departamentləri demirik. Onların da hər birinin rəhbəri özünü elə nazir kimi aparır və nazir kimi də pul xərcləyir. İndi müqayisəyə diqqət edin: 42,4 milyon nəfər əhalisi olan (bizdən 4 dəfə çox) Ukraynada isə Baş nazir və onun 6 müavini, bir nəfər də NK-nın Nazirlər Kabinetinin naziri (belə adlanır) var. Ukraynada həm də 16 nazir və 8 Dövlət Xidmətinin rəisi vardır. Təsəvvür edirsinizmi, əhalisi bizdən 4 dəfə çox olan Ukraynada cəmi 16 nazir, bizdə isə 18 nazir! Beləliklə, Azərbaycan Hökumətinin tərkibində baş nazir və 6 müavindən başqa, nazirli, komitə sədrli və xidmət rəisli-42 iri ranqlı məmur, bizdən əhalisi 4 dəfə çox olan Ukraynada isə baş nazir və 7 müavinindən savayı, cəmi 24 iri ranqlı məmur vardır. Eyni göstərici Belorusda belədir: əhalisi 10 milyon nəfər, Baş nazir və 5 müavini, 24 nazir, 7 komitə sədri və 7 Dövlət Xidməti rəisi.
Bəs Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin aparatında neçə ştat vahidi var?
Budur, Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin işçilərinin say tərkibi haqqında” 2005-ci il 4 iyul tarixli qərarına dəyişiklik edərək Prezidentin 2015-ci il 23 iyul tarixli fərmanının icrasına əsasən, Kənd Təsərrüfatı Nazirliyi aparatının işçilərinin say həddi 215 ştat vahidi, rayon və şəhər idarələrinin işçilərinin say həddi 780 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi aparatının işçilərinin say həddi 7 ştat vahidi, onun tabeliyində olan rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilib. Təsəvvür edirsinizmi, bütün fəaliyyət sferası, yəni görməli işlərinin hamısı fermer və sahibkarların üstünə atılmış Kənd Təsərrüfatı Nazirliyinin ümumilikdə, ərazi və mərkəzi idarəetmə ştat vahidi 1215-dir!
Nazir Heydər Əsədov fermerlərə yox, idarə rəislərinə əzəmətli binalar tikdirir!
Apardığımız araşdırma daha bir əcaib faktı üzə çıxartdı:/ sən demə, nazir Heydər Əsədovun başı rayon “Aqroprom”larına təzə inzibati binalar tikdirməyə qarışdığından kənd təsərrüfatında, xüsusən də taxılçılıqda məhsuldarlığın artırılması yaddan çıxıb. Niyə? Axı, Prezidentin sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilmişdi. Amma istər 2015-də, istərsə də 2016-da taxılçılıqda məhsuldarlıq 30 faizdən yuxarı qalxmadı. Nəinki qalxmadı, yığılan(?) 3 milyon tona yaxın taxıl heç 1,7 milyon tonluq tələbatımızı belə ödəmədi və Azərbaycan xarici ölkələrdən valyuta ilə daha 1,3 milyon ton taxıl almalı oldu... Nazir Əsədov isə rəsmi açıqlama verir və sevincək bildirir ki, “...52 rayonda inzibati bina tikib bitirmişik və gələn ilin ilk rübündə təhvil veriləcək...” və sair. Kimin üçün və nədən ötrü?
Niyə qonşu ölkələrdə taxılın məhsuldarlığı yüksək olur, bizdə isə əksinə?
Müqayisə üçün deyək ki, Moldova Kənd Təsərrüfatı və Ərzaq Sənayesi Nazirliyi Moldova Hökumətinin 16 nazirliyindən biridir və ştat vahidi cəmi 166 nəfərdir. Bizdə isə 1215 ştat vahidi! Amma Moldovanın kənd təsərrüfatı naziri Eduard Qrama ötən ilin yekunlarına dair NK-nın hesabat yığıncağındakı çıxışında deyir: “2016-cı ildə taxılın orta məhsuldarlığı 36,4 sentner olub...”. Bizim nazir Əsədov isə nəinki Prezidentə hesabat verəndə məhsuldarlığın aşağı olmasını quraqlığın boynuna atdı, həm də bildirdi ki, guya 30 sentnerdir... Və həmin göstərici Ukraynada 2016-cı ildə 38,5 sentner olub. Belorusun kənd təsərrüfatı naziri Vladimir Qrakun isə rəsmi açıqlamasında bildirib ki, 2016-cı ildə ölkə üzrə taxıl istehsalında məhsuldarlıq 39,4 sentner olub. Nəhayət, Latviya Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2016-cı ildə ölkədə taxılın məhsuldarlığı 37,8 sentner olub (2015-ci ildə 44,9 sentner). Hamıda yüksək, bizdə isə Dövlət büdcəsindən hər il milyarda yaxın vəsait ayrılsa da, yenə də taxılı xaricdən alırıq. Niyə və nə üçün?
Bəs hansı nazirlik və ya komitələr ləğv edilməlidir?
Azərbaycanın dövlət büdcəsindən aldığı vəsaitləri fəaliyyəti ilə müqayisə edəndə, kimin “zəif bənd” olduğu açıq görünür. Məsələn, ötən illərdə davam edən ləğvedilmələr indi, zənnimizcə, daha aktualdır. Məsələn, nazirlik və komitələrimizin siyahısına baxanda daha çox diqqəti çəkən təkrar fəaliyyət Kənd Təsərrüfatı Nazirliyində nəzərə çarpır. Məlumdur ki, Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi silah və sursatı Müdafiə Nazirliyinə verir. Elə isə bu nazirliyi ləğv edib Müdafiə Nazirliyinin nəzdində “Müdafiə Sənayesi Departamenti” yaratmaq olmazmı? Bundan əlavə, məlumdur ki, ölkədə vergi və gömrük rüsumları büdcəyə yığılır və bu vəsaitlərə isə Maliyyə Nazirliyi nəzarət edir, sonra büdcə formalaşdırılır. Elə isə Vergilər Nazirliyi ilə Gömrük Komitəsini Maliyyə Nazirliyinə birləşdirmək daha doğru olmazdımı? Azərbaycanda enerji sahəsində görün neçə struktur var: “Azərenerji”, “Azərişıq”, Energetika Nazirliyi, SOKAR, “Azəriqaz” və s. Bütün enerji strukturları ya Energetika Nazirliyinə birləşdirilməlidir, ya da hamısı SOKAR-a. Belə olarsa, görün nə qədər büdcə vəsaitinə qənaət olunar.
Əmlak Məsələləri Dövlət Komitəsi də ləğv olunmalıdır...
O da sirr deyil ki, Prezident sərəncamı ilə ölkədə sonuncu mərhələ özəlləşməyə start verilib. İndiyədək başını özəlləşmə və əmlakın idarə edilməsi ilə qatan Əmlak Məsələləri Dövlət Komitəsi artıq öz missiyasını başa vurmaqdadır. Elə isə bu komitənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Iqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi ilə çevik idarəetmə sistemi yaranmazmı? Bundan başqa, məlum olduğu kimi, artıq tikinti sahələrinə də FHN-nin nəzarəti gücləndirilməkdədir. Elə isə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi doğru olardı. Həmçinin, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyəti Xarici İşlər Nazirliyinin diplomatik fəaliyyətinin tərkib hissəsi kimi olduğundan komitə təcili surətdə ləğv edilib XİN-in tabeliyinə verilməlidir. Hamı bilir ki, xarici ölkələrdə diaspor işini səfirliklərimiz həyata keçirir, yaranan problemləri də onlar həll edir. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət sferası birbaşa və ya dolayısı ilə ictimai xarakterli olduğundan onların Təhsil Nazirliyinin tabeliyinə verilməsi daha məqsədəmüvafiqdir. Yeri gəlmişkən, bu gün Azərbaycanda nəqliyyat sahəsində çoxsaylı dövlət strukturlar vardır və onlar da Dövlət büdcəsindən samballı vəsait alırlar. Məsələn, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası, “Azəravtoyol”, Dəmiryolu İdarəsi, “Hava Yolları” QSC və s. Yaxşı, Azərbaycanda o boyda Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə Nazirliyinə birləşdirilirsə, yuxarıda qeyd olunanlar niyə ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsin?! Təbii ki, Dövlət Miqrasiya Xidməti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də DİN-nin tabeliyinə verilməsi daha məqsədəuyğun olardı. Bununla da Dövlət büdcəsində milyardlarla manat vəsaitə qənaət edilər.
Kənd Təsərrüfatı Nazirliyi ləğv olunacaq, çünki...
Nəhayət, qalır Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi... Yuxarıda dedik, bu nazirliyin bütün işini faktiki olaraq fermerlər və sahibkarlar gördüyündən adı çəkilən nazirlik ləğv edilməlidir və bəzi funksiyaları İqtisadiyyat və Sənaye Nazirliyinə verilməlidir. *** Beləliklə, idarəetmədə təkmilləşmə günün tələbidir və hesab edirik ki, Azərbaycan Prezidentinin növbəti sərəncamlarından biri də bu istiqamətdə olacaq. Mövzuya qayıdacağıq.
“Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|