General və adamları üçün Mərdəkanda villalar necə tikilib? - qaçqınlarla qarşıdurma, hədə-qorxu...
Tarix: 28-06-2017, 16:04 | Çap et
“MTN çetesi”nin üzvləri tərəfindən sahibkarlara, ayrı-ayrı vəzifəli şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməsi haqda çox yazılıb. Cinayət işi materialalrından üzə çxıan məlumatlardan aydın olur ki, ləğv edilmiş MTN-in vəzifəli şəxsləri şəxsi maraqları naminə vətəndaşlara hədə-qorxu gələrək əmlaklarını ələ keçiriblər, onlara qanunsuz olaraq azadlıqdan məhrum ediblər.
Musavat.com “MTN işi” üzrə daha bir ilgin epizodun təfərrüatlarını əldə edib. İşin ilginc olan tərəfi budur ki, MTN zabitləri özlərinə yan-yana 3 villa tikdirmək üçün sotlarla torpaq sahəsi alıblar. Bu zaman torpaq sahibinə hədə-qorxu gələrək pulunu ödəməkdən imtina ediblər.
Bu iş üzrə zərərçəkmiş şəxs Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğludur. O, ilk dəfə 2011-ci ildə Prezident Administrasiyasına müraciət edərək o zmankı MTN-in Xəzər rayon İdarəsinin əməkdaşı Heydər İslamovun ondan 50 sot torpaq sahəsi aldığını, amma ödənişin yarısını etmədiyini bildirib. O, növbəti şikayətini 2013-cü ildə edərək MTN-in Xəzər rayon idarəsinin rəisi Rafiq Səfərovun bibisi oğlu Rövşən adlı şəxsin ondan 25 sot torpaq alıb 30 min manat versə də qalan məbləği ödəmədiyini, torpağın sənədlərinin saxta olduğunu yalandan deyərək general Elçin Quliyev tərəfindən həbs ediləcəyi ilə hədələndiyini bildirib. Əliəsgər Əliyev ümumilikdə 74 min manat zərər gördüyünü deyib.
Mərdəkan sakininin bu şikayəti o zaman MTN-in müdaxilələri ilə araşdırılmayıb. Amma MTN əməliyatından sonra bu cinayət əməlinin təfərrüatı aydın olub.
Əliəsgər Əliyev şahid və zərərçəkmiş şəxs kimi istintaqda dindirilib.
O, 2005-ci ildə Bağlar idarəsindən atası, qardaşı, bacısı və dostunun hər birinin adına 25 sot olan 4 ədəd bağ sahəsi aldığını və 2011-ci ildə qardaşının adına olan hissəsini satmaq istədiyini deyib. Bunun üçün Xəzər Rayon İcra Hakimiyyətində işləyən Ələkbər adlı tanışına məlumat verib və bu vasitə ilə MTN əməkdaşı olan Heydərlə tanış olub. Sotu 2 min manata razılaşaraq torpaq sahəsi satıb. Daha sonra Heydər adlı MTN əməkdaşı ona yenidən zəng edərək əlavə 25 sot da torpaq sahəsi istədiyini bildirib.
“Heydər dedi ki, birinci torpaq sahəsini idarə rəisi Rafiq Səfərov üçün, ikinci torpaq sahəsini isə general Elçin Quliyev üçün alır. Onunla razılaşdıq, verdim. 10-15 gün sonra pulu almaq üçün Heydərə zəng vurdum. Torpaq sahəsinin Bağlar idarəsinə aid olmadığını, sənədin saxta olduğunu bəhanə edərək pulunu verməyəcəyini dedi. Narazılıq edəcəyim halda həbs olunacağımla hədələdi. Mənə pislik edəcəklərini düşünüb pulu istəməyi dayandırdım”.
Zərərçəkmiş növbəti dəfə 2013-cü ildə atasının adına olan 25 sot torpaq sahəsini də satmaq qərarına gəlib. Bu zaman icra hakimiyyətində işləyən İmran və ya İman adlı şəxslə əlaqə saxlayıb torpağı 37500 manata satmaq istədiyimi dedim. Onlar 30 minə müştəri olduğunu deyiblər və razılaşma olub. Etibarnaməni İmranın yanında olan bir nəfər şəxsə verdim. Sonradan adının Rövşən olduğunu bilim. Amma bir gün sonra Rövşən zəng vurub torpaq üçün verilən sənədin saxta olduğunu bildirdi.
Məni hədələyərək verdiyi 30 mindən 5 minini qaytarmalı olduğumu, əlavə 25 sot torpaq üçün də onun adına etibarnamə verməli olduğunu dedi. O, MTN-in Xəzər rayon udarəsinin rəisinin qohumu idi. Dedi ki, razılaşmasam həbs ediləcəm”.
Zərərçəkmiş şəxs bu hədələrdən sonra onlarla razılaşdığını söyləyib.
O, da məlum olub ki, Əliəsgər Əliyevin MTN zabitlərinə satdığı torpaq sahəsinin 25 sotunda məcburi köçkünlər yaşayırmış. “MTN işi” ilə bağlı istintaq davam edərkən və Ə.Əliyevin şikayəti araşdırılarkən o, 19 fevral 2016-cı ildə Baş Prokurorluğa teleqram vurub. Və MTN zabitləri Rafiq Səfərov və Heydər İslamovdan olan şikayətini anlaşılmazlıq səbəbindən əsəbi vəziyyətdə yazdığını və şikayət etdiyi şəxslərlə barışdığını deyib.
Bu teleqramdan sonra Əliəsgər Əliyev Baş prokurorluğa çağırılaraq yenidən dindirilib.
O, ifadəsində bildirib ki, Rafiq Səfərovun qohumu Rövşən Abbasovun xahişi ilə görüşüblər. Görüşə uşaqlıq dostu olan Roma adlı şəxsdə gəlib. “Dedilər ki, adı çəkilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün danışıq aparırlar. İşlərinin tam həll olunması üçün mənim də şikayət ərizəmdən imtina etməyini xahiş etdilər. Pulları da hissə-hissə qaytarmağa söz verdilər. Ərizədən imtina etmək üçün mənə Dübəndi qəsəbəsində 12 sot torpaq sahəsi verməyə də razılaşdıq”.
Zərərçəkmiş Baş prokruroluqda həqiqətə uyğun olmayan teleqram yazdığını təsdiq edib.
Bu iş üzrə şahid qismində Rövşən Abbasov da dindirilib.
O, ifadəsində Bakıda fərdi yaşayış sahələrinin, ticarət obyektlərinin tikilib satışı ilə məşğul olduğunu, 2015-ci ilin əvvəlinə kimi MTN-nin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işlədiyini deyib.
Qeyd edək ki, şahid Rövşən Abbasov MTN-nin Binqədi rayon idarəsinin rəisi olmuş Rafiq Səfərovun bibisi oğludur.
“2011-ci ildə Rafiq Səfərov məni çağırıb dedi ki, MTN-nin Antiterror mərkəzinin rəisi Elçin Quliyev zəng vuraraq Mərdəkan qəsəbəsində böyük torpaq sahəsinin lazım olduğunu söyləyib. Mən də Xəzər Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyən Ələkbərə dedim. Əliəsgər adlı şəxsin 25 sot torpağını almağa razılaşdıq.
Rafiq Səfərovdan 50 min alıb Ələkbərin yanında Əliəsgərə verdim. Ərazidə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi məsələsini də Əliəsgər öz öhdəsinə götürdü. Ərazini hasarlamağa başlayanda məcburi köçkünlər etiraz etdi, hasarlaya bilmədik. Sonra torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq olması səbəbindən özəlləşdirilməsinin mümkün olmadı. Əliəsgərə verdiyimiz pulu tələb edəndə pulunun olmadığını bildirdi.
Həmin torpaq sahəsi general Elçin Quliyevə alınırdı.
50 sot torpaq sahəsi üç yerə bölünərək həmin ərazidə Elçin Quliyev, İlqar Əliyev və Rafiq Səfərova ev tikdik. 2 il sonra Rafiq Səfərov həmin torpaq sahəsinin ətrafında olan Əliəsgərə məxsus əlavə 25 sot torpağın alınmasını tapşırdı. Əliəsgərlə 25 min manata razılaşdıq”.
İş üzrə şahid qismində Rafiq Səfərov dindirilərkən ifadəsində göstərib ki, 2004-cü ildən 2007-ci ilədək Antiterror mərkəzində, 2011-ci ildən 2015-ci ilin yanvar ayınadək MTN-nin Xəzər rayon idarəsinin rəisi, 2015-ci ilin yanvar ayından MTN-nin Bakı şəhəri, Binəqədi rayon idarəsinin rəisi vəzifəsində işləyib.
Onun sözlərinə görə, MTN-nin Antiterror mərkəzinin rəisi olmuş Elçin Quliyev onu yanına çağıraraq İlqar Əliyevlə birlikdə Xəzər rayonu ərazisində bağ evi tikmək istədiklərini deyərək onlar üçün ucuz qiymətə bağ sahəsi tapmağı tapşırıb.
O, da bu işi işçisi Heydər İslamova həvalə edib. R.Səfərov sonra olanları yuxarıda qeyd edilən ardıcıllıqla danışıb.
“Hasarın tikintisinə başlayanda torpaq sahəsində məskunlaşmış 3 məcburi köçkün ailəsi tikintiyə icazə vermədi və onlarla qarşıdurma yarandı. Sonra alınan torpağın dövlət mülkiyyətində olduğu məlum oldu. Belə olan halda Elçin Quliyevin yanında rüsvay oldum və Heydərə Əliəsgəri tapıb pulu geri almasını tapşırdım.
Bu barədə Elçin Quliyevə məlumat verib, torpaq sahəsinin sənədi ilə problemin olduğunu dedim. Bu məsələ həll edildi. 2012-ci ilin payız ayından etibarən eyni proyekt üzrə Elçin Quiyev və İlqar Əliyev üçün ev tikilməyə başlandı. Tikintiyə Rövşən Abbasov nəzarət edirdi”. İş üzrə şahid qismində MTN zabiti Heydər İslamov, Xəzər rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmiş Əliəkbər Aslanov da dindirilib. Onlar da eyni məzmunlu ifadə veriblər.
Qeyd edək ki, bu işdə adı keçən MTN zabitlərindən general Elçin Quliyev həbsdədir. MTN polkovniki İlqar Əliyev isə həbs edildikdən sonra həbsxanada intihar edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
|