Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                 

“Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib” - Prezidentdən ÖNƏMLİ MESAJLAR
Tarix: 18-04-2018, 14:19 | Çap et
“Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”
“Mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqıma dərin təşəkkürümü bildirmək istəyirəm”.

APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

Dövlət başçısı bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.

Prezident İlham Əliyev bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha göstərir ki, seçkilər xalqımızın iradəsini, fikirlərini əks etdirir. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim”.

***

“Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub”.

APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

“Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.

***

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm”

“Son 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur”.

APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

Dövlət başçısı bildirib ki, prezident seçkiləri kampaniyası bunu bir daha göstərir: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq ”.

***

"Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur".

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib.

"Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz".

***

“Bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq və gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq”.

APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, Azərbaycan son 15 il ərzində uğurla inkişaf edib: “Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz çox uğurla inkişaf edir”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır: “Azərbaycanda yaşayan bütün dinlərin, xalqların nümayəndələri mehribanlıq şəraitində bir ailə kimi yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək. Azərbaycan ölkə daxilində dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub. Biz son 15 il ərzində dünyaya bunu nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək. Ona görə ki, dünyada da müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 ildə dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edir. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir. Başqa dinlərin, millətlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və ona bağlıyıq. Təsadüfi deyil ki, 2016 və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri kimi elan olunub”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru