Dövlət Gömrük Komitəsinin ləğvi müzakirə oluna bilər... - İDDİA
Tarix: 14-11-2018, 16:34 |
Çap et
DİA.AZ: - "Dövlət Gömrük Komitəsinin ləğvi müzakirə oluna bilər..." Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, yaxın vaxtlarda sözügedən mövzu ilə vağlı ciddi müzakirələrin aparılacağı gözlənilir.
Mənbənin dia-az.life-a söylədikləri:
"Artıq "yuxarılar" bu vaxta qədər Vergilər Naziri Mikayıl Cabbarovun israrlı davranışlarına müsbət reaksiya verməyə başlayıb. Yəni, gözləniləni odur ki, DGK birdəfəlik olaraq ləğv olunsun. Bu günlərdə parlamentdə gömrük sistemində milyardların "yoxa çıxması" ilə bağlı səsələnən ittihamlar da təsadüfi deyildi. 27 milyard rəqəmi ona görə səsləndi ki, bu gün baş verən oğurluğun miqyası təxmin edilsin. Yəni Səfər Mehdiyevin rəhbərliyi ilə hazırda nə qədər məbləğin "yoxa çıxması" aydınlaşsın".
Mənbə dia-az.life-a onu da bildirib ki, bu vaxta qədər kompleks şəkildə sürdürülən prose bitmə nöqtəsindədir: "Ola bilsin ki Milli Məclisdəki büdcə müzakirələrinin ardından bu məsələ yenidən rəsmi qaydada müzakirə olunsun".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...