"AFB Bank" İFLASA DOĞRU kürs götürüb... - RƏQƏMLƏR
Tarix: 23-04-2019, 12:04 |
Çap et
"AFB Bank" -ın xalis mənfəəti 47 dəfə azalıb.
"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, 2019-cu ilin 1-ci rübündə "AFB Bank" 111 min manat mənfəətlə başa vurub. 2018-ci ilin müvafiq dövründə isə bankın xali mənfəəti 5 mln. 191 min manat olub. Nəticədə bankın xalis mənfəəti 46.8 dəfə azalıb.
CƏMİ AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ AZALIB
"AFB Bank"ın cəmi aktivləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 92 mln. 677 min manat azalaraq 373 mln. 530 min manata düşüb. Bundan başqa bankın cəmi öhdəlikləri 108 mln. 794 min manat azalaraq 285 mln. 480 min manat olub. Bankın cəmi kapitalı 16 mln 118 min manat artaraq 88 mln. 50 min manata bərabər olub.
DEPOZİT VƏ KREDİT PORTFELİ AZALIB
Bankın depozitləri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 88 mln. 400 min manat və ya 55% azalaraq 161 mln. 68 min manata düşüb. Bundan başqa bankın müştərilərə verdiyi kreditlər 19 mln. 263 min manat azalaraq 206 mln. 901 min manata düşüb.
BANKIN ƏMƏLİYYAT MƏNFƏƏTİ KƏSKİN AZALIB
Hesabata görə "AFB Bank"ın xalis faiz gəlirləri 4 mln. 690 min manat, qeyri-faiz gəlirləri 2 mln. 329 min manat, qeyri-faiz xərcləri isə 4 mln. 882 min manat təşkil edib. Nəticədə bank 2 mln. 138 min manat əməliyyat mənfəəti əldə edib. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5 mln.563 min manat və ya 2.6 dəfə azdır.
MƏCMU KAPİTALI ARTIB
Bankın açıqladığı hesabata görə 2018-ci ilin 1-ci rübü ilə müqayisədə "AFB Bank"ın məcmu kapitalı 14 mln. 740 min manat artaraq 85 mln. 426 min manata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı 43.7%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 42.7% təşkil edib.