Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                 

Mirmahmud Miratayev Astara gömrüyündə zülm edir… - İTTİHAM
Tarix: 7-05-2019, 10:04 | Çap et
Mirmahmud Miratayev Astara gömrüyündə zülm edir…
Dövlət başçısı İlham Əliyev ötən il aprelin 11-də keçirilən növbədən kənar prezident seçkilərindən sonra kadr islahatlarını daha da sürətləndirdi.

Aprel seçkisindən sonra təsdiqlənən Nazirlər Kabinetinin yeni tərkibində xeyli sayda nazir və məmurların adlarını görmədik.

Onların arasında işdən azad olunması çoxdan gözlənilən Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev idi. A.Əliyevin yerinə sürpriz kadr təyin olunmadı.

Elə onun müavini, adı həmişə monopoliya və s. məsələlərdə hallanmış Səfər Mehdiyev bu posta gətirildi. Bununla da gözləntilər varıydı ki, S.Mehdiyev bəlkə gömrükdə hansısa nöqsanları aradan qaldıracaq.

Hətta yeni gömrük komitəsi sədri bəyan eləmişdi ki, ölkədə inhisarçılığın bir faizini göstərsəniz, istefa edərəm. S.Mehdiyev daha da irəli gedərək açıqlamışdı ki, 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq.

Təbii ki, pafoslu açıqlamaların ardından ümid olunur bəlkə ciddi addımlar atılacaq, gömrükdə şəffaflıq təmin ediləcək, monopoliya qalxacaq, vətəndaşların əzab-əziyyətlə, basabasla sərhədi keçməsi rüsvayçılığı aradan qalxacaq.

Lakin təkcə Astara gömrük məntəqəsinə baş çəkmək və orada baş verənləri bir saat izləmək kifayətdir ki, S.Mehdiyevin bəyanatlarının sabun köpüyündən ibarət olduğunu anlayasan.

Reportyor.info-ya məlumat verən vətəndaşların sözlərinə görə, S.Mehdiyev vaxtını ayırıb Astara gömrüyünə getsin, özü həmin sıxlığın, basabasın içində qalsın və həyatına nifrət eləsin.

Çünki Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev vətəndaşlar üçün elə məngənə, gestapo sistemi yaradıb ki, insan çəkdiyi zülmdən intihar etmək istəyir.

M.Miratayev özü də oturduğu kabinetindən çıxıb bir dəfə sərhəd xəttinə gəlsin, xüsusi ilə həftə sonu hansı məşəqqətin, qəddarlığın, insanlığa sığışmayan haqsızlığın baş verdiyinə şahid olsun və adı-soyadından da bəlli olduğu kimi, bir seyid nəslinin övladı kimi əlini ürəyinin üstünə qoyub vicdanını dinləsin.

Vətəndaşlar bizə yazırlar ki, S.Mehdiyevin gömrükdə apardığı analoqsuz “islahat”lar Astara gömrük məntəqəsində göz deşir.

Vətəndaşlar saatlarla sərhəddə gözləməli olurlar, meymun qəfəsinə oxşayan dəmirlərlə əhatələnmiş labirintə salınırlar, havasız, ac-susuz növbəyə dayanırlar.

Bir-birini itələyənlər kim, dava-qırğına çıxanlar kim, rəsmən bir rəzalət yaşanır. Halbuki, İran gömrükçüləri vətəndaşları 10-15 dəqiqə ərzində pasportuna möhür vurub buraxırlar.

Məlumatda deyilir ki, İrandan qayıdarkən vətəndaşlar daha çox incidilir. İran sərhədini bir göz qırpımında keçən insanlar Azərbaycan sərhədində 4-5 saat ayaq üstə gözləməli olurlar.

Azərbaycan tərəfi bütün çantaları, yükləri bir-bir yoxlayır, insanları incidir, gözlədir və bir cəhənnəm yaşadırlar.M.Miratayev bir seyid övladı olaraq bu zülmə-zillətə necə dözə bilir?

Vətəndaşlar qeyd edirlər ki, S.Mehdiyevlə M.Miratayevin yaratdığı bu sistem birbaşa prezidentin siyasətinə, gömrüklə bağlı tapşırıqlarına, islahatlar paketinə ziddir.

Necə olur ki, İran tərəfini vətəndaşlar rahat, tez keçirlər, Azərbaycan isə gedəndə, əliboş insanları saatlarla gözlədir, qayıdanda əli dolu vətəndaşları yenə gözlədir.

İran isə hər iki halda vətəndaşı incitmədən yola salır. Çünki sistem işləyir, çantalar aparatla yoxlanır, hər hansı problem olursa baxılır.

Astara gömrüyü isə əsassız yerə həkimə, dərmana gedən yüzlərlə insanı incidir, buraxmır. Maraqlıdır ki, nə Rusiya, nə Gürcüstan sərhədində gömrükdə vətəndaşlarımız bu qədər əzab çəkir.

Sözsüz ki, bu ölkələrlə sərhədimizdə də gömrükdə vətəndaşlar yenə əziyyət görürlər. Lakin Astara gömrüyü sanki camaata işgəncə vemrəkdən həzz alır.

Bu da birbaşa prezidentə qarşı insanları qaldırmaq, narazı salmaq, islahatların əleyhinə iş görməkdir. Vətəndaşlar çağırış edirlər ki, S.Mehdiyev həqiqətən islahatlar aparırsa gəlib Astara gömrüyündə dayansın, M.Miratayevin fəaliyyətinə nəzər salsın. Aralarında qadınlar, yeniyetmə uşaqlar, yaşlı kişilər var. Hamısı işgəncə görürlər.

Qapı açılır. Basabas düşür… Sıxılmış adamların fəryadı eşidilir. Kim güclüdürsə içəriyə girir. Qapı bir neçə dəqiqə açıq qalır.

Sərhədçilərlə gömrük işçiləri qapını bağlamaq istəyirlər. Qapının yanında duranlar isə buna imkan vermək istəmirlər.

Nəhayət, qapını bağlaya bilirlər. Sakinlər bura “meymun kletkası” deyirlər. Onlar hesab edirlər ki, Astara gömrüyü işgəncə aparatıdır.

Xatırladaq ki, Astara Gömrük Məntəqəsində İrana getmək istəyən bir Azərbaycan vətəndaşı İlqar Kərimov vəfat etmişdi. Həmin gün İrana getmək istəyənlər çox olub.

Hadisə şahidlərindən Fərbiyə İbayevanın dediklərinə nəzər salaq: “Adamların fəryadı qulaq batırırdı. Ölən adam da bizim aramızda idi. Mənim iki qolum da zədələndi.

Biz içəriyə girdik, qapını yenidən bağladılar. O adam münasib bir yer tapan kimi əyləşdi. Görünürdü ki, sıxıntı keçirdib. İranla Azərbaycan arasında olan körpüyə çatanda kənara çəkilib əyləşdi. Orda da keçindi”.

Azərbaycandan İrana gedən vətəndaşlardan gömrükdə növbədə ölüm hadisələri bundan əvvəl də baş verib. Biz Gömrük Komitəsinin və Astara gömrük rəisinin fikirlərini, problemlə bağlı mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru