Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub .....                     “Avtoqol”la uduzanlar… .....                     2024-cü ildə dünya superdövlətləri: .....                     “Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” .....                     “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” .....                     Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər .....                     Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır .....                     Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... .....                     4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir .....                     Türkiyədə polislərlə terrorçular arasında atışma olub, .....                     BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib .....                     Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI .....                     Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı .....                     Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI .....                     "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" .....                     Avropa Parlamentindən anti-Azərbaycan teatrı... .....                     Kazan görüşünün ARDINDAN... .....                     Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır .....                     “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub .....                     Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR .....                     İtaliya XİN başçısının müavini Avropa Parlamentinin .....                     Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB .....                     Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? .....                     Gürcü Arzusu qalib gəlsə... .....                     Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları .....                     “Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır .....                     Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... .....                     “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi .....                     Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... .....                     Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? .....                     Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... .....                     Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR .....                     Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? .....                     “Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” .....                     İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir .....                     Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? .....                     51 ilin neftçisinin HAQQI YEYİLİB .....                     Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək .....                     Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq .....                 

Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
Tarix: 4-12-2019, 08:29 | Çap et
Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
DİA.AZ: - Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri bir araya gətirən "Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edir.

DİA.AZ xəbər verir ki, hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. “Gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider mövqeyini qoruyaraq, ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi. İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq"- deyə Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat konfransında çıxışı zamanı bildirdi.

Qeyd etmək lazımdır ki, mətbuat konfrasından dərhal sonra Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi Avropa və Orta Asiya üzrə prezidenti Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnlaistlər və Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzaladılar.

Beləliklə, bu ilin noyabr ayında Bakının Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə müştəriləri üçün nəzərdə tutulan geniş çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!

Həmçinin sərgi çərçivəsində "SmartCell" həllinin tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev memorandum imzalayıb. Məlumat üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.

5G SÜRƏT sınağı

Azercell bütün sərgi iştirakçılarını 5G şəbəkəsinin real sürətini hiss etməyə dəvət edir. Rəqəmsal həllər təminatçısı, ziyarətçilərə stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaradır.

5G Multisensor

Bu demonu sınaqdan keçirtmək üçün qonaqlara də 3D VR gözlüyü və coystik təqdim ediləcək. 5G şəbəkəsinin tam gücünü hiss edərək, ziyarətçilər demək olar ki, ləngimə olmadan robot idarə etmək, fərqli səthləri hiss və skan etmək üçün əvəzolunmaz fürsət qazanacaqlar.

5G Konfrans

Sərgi iştirakçıları Oculus Rift və Oculus Go komplekti vasitəsilə özlərini virtual konfrans mühitində zənn edəcəklər. Burda onlar ünsiyyət qura, müxtəlif otaqları gəzə, video, foto və 3D baxa biləcəklər.

5G Oyunlar

5G oyun təcrübəsini yeni səviyyəyə çıxarır. Artıq ləngimə olmadan, tam etibarlı bağlantının təmin olunduğu oyun həyəcanını yaşamaq mümkün olacaq..

Azercell ziyarətçiləri Virtual Reallıq texnologiyasına əsaslanan Sci-Fi top döyüşünü və Roketbol idman oyunlarını sınaqdan keçirməyə dəvət edir. İştirakçılar xüsusi Oculus RIFT komplekti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çox saylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər.

Azercell-in rəqəmsal məhsullar zonası

Yeni bağlantı erasında abunəçilərinin ehtiyaclarını tam qarşılamağı hədəfləyən Azercell, öz fəaliyyətində innovativ və rəqəmsal həllərə üstünlük verir. Müasir zamanda Əşyaların İnterneti tərəfindən təqdim olunan hədsiz imkanlar, telekommunikasiya texnologiyasında misli görünməmiş bir sıçrayış daha rahat işləməyimizi, yaşamağımızı və həyatımıza tam şəkildə nəzarət etməyimizi təmin edəcək.

Azercell dünyanı dəyişdirən rəqəmsal məhsullarını xüsusi ayrılmış guşədə sərgiləyir. Burada şirkət, evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək Əşyaların İnterneti prinsipinə əsaslanan “Azercell Ağıllı Ev” məhsulunu nümayiş etdirir. Bu xidmət sizə istənilən yerdən bir tətbiq vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və

otaqdakı hərəkətlərə tam nəzarət imkanı verərək, gündəlik həyatınızı rahatlaşdırır, təhlükəsiz bir evdə yaşamağınıza zəmanət verir.

Azercell təhsil və əyləncə məzmununu bir məhsulda cəmləyən “Azercell Kids” eksklüziv xidməti ilə həm valideynləri, həm də uşaqları sevindirir və ən etibarlı rəqəmsal mühiti kəşf etmək üçün bu stendə dəvət edir. Həmçinin ziyarətçilər xüsusi qulaqcıqlar vasitəsilə “Bookmate” tətbiqinin tərkib hissəsi olan “Audio kitab" xidməti çərçivəsində zəngin dünya ədəbiyyatının audio yazılarından elə məkanı dəyişmədən zövq ala bilərlər. Keyfiyyətli mobil oyunları Azercell abunəçiləri üçün daha əlçatan edən “Azercelloyunlar”, öz mobil hesabını idarə etmək üçün nəzərdə tutulan rahat “Kabinetim” mobil tətbiqi, kino və televiziya aləminə qapı açan “ivi” xidmətləri də stendin xüsusi zonasında nümayiş etdiriləcək.

Korporativ Biznes Seqmenti zonası

Rəqəmsal məhsulların yeni nəslini təqdim edən Azercell bütün mövcud və potensial biznes müştərilərini xüsusi guşədə qarşılayır. Bura Azercell-in korporativ seqment strukturunun nümayəndələri ilə danışıqlar aparılması üçün ideal bir yer olmaqla yanaşı, həm də şirkətin biznes müştərilərini özrəqəmsal xidmətləri ilə yaxından tanış etmək üçün ən əlverişli məkandır.

Rəqəmsal həllər təminatçısı olan “Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə Əşyaların İnterneti texnologiyasına əsaslanan “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətini təqdim edir. Yeni servis nəqliyyat parklarına malik sahibkarlıq müəssisələrinə parklarının tam idarəedilməsi imkanını verir.

Yeni həll nəqliyyatın növündən asılı olmayaraq, müxtəlif sahəyə aid istənilən miqyaslı nəqliyyat parklarını əhatə edir. Mükəmməlləşdirilmiş real zaman interfeysi ilə “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti sürücülərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edərək, müəssisələrin məhsuldarlığını artırmağa və əməliyyat xərclərini azaltmağa müvəffəq olacaq.

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətinin iş prinsipi:

“Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” müəssisələrə real zamanda korporativ nəqliyyat vasitələrinin vəziyyətini, marşrutu, səfər müddətini və yanacaq sərfiyyatını izləmək imkanı yaradır. Bundan əlavə, bu xidmət vasitəsilə nəqliyyat vasitələrinin mexaniki hissələri, mühərrik işləməsi və hətta batareya gərginliyinin göstəricisi haqqında da məlumat əldə etmək olar. “Nəqliyyat vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti həm də sürücülük davranışını (sürət həddi, sərt tormozlama və kəskin sürətlənmə) qeydə alır, ətraf-mühitə qarşı münasibətdə daha dostyana sürücülük vərdişlərinə yiyələnməyə kömək edir. Üstəlik, qəza və ya fövqəladə vəziyyət olduğu zaman xidmət avtomatik şəkildə həyəcan siqnalı göndərir.

Qeyd etmək lazımdır ki, Azercell korporativ müştəriləri üçün "Biznesim" tarif paketləri, "Biznesim Sosial şəbəkə paketləri", "Biznesim Ayrılmış İnternet Xətti" və "Biznesim Veb" xidmətləri kimi rəqəmsal məhsullar təklif edir. Azercell Azərbaycan şirkətlərinin əsas tərəfdaş seçimi olmağı hədəfləyərək, onlara internetin geniş imkanları, şirkətdaxili limitsiz danışıqlar və sərfəli qiymətlər

təqdim edir.

Ən uyğun tarif və internet paketi seç

Burada Azercell nümayəndələri müştərilərə ən uyğun məhsul və xidmətlər seçməkdə bələdçilik edir. Bu zonada müştərilər səs və internet xidmətlərinin aktiv istifadəçilərinə hədsiz imkanlar bəxş etməklə yanaşı, rabitə xərclərini azaltmaq fürsəti yaradan "Sərbəst" tarif paketi, eləcə də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən İnternet paketləri ilə tanış ola bilər.

iPhone zonası

“Apple İnc” şirkətinin Azərbaycandakı eksklüziv telekom tərəfdaşı olan Azercell, bu guşədə iPhone pərəstişkarlarını salamlayır. Şirkət sərgi iştirakçılarına qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni iPhone modelləri ilə yaxından tanış olmaq fürsəti yaradır.

Azercell komandasına qoşulun

Azercell-in İnsan Kapitalının İdarəedilməsi departamentinin mütəxəssisləri çevik komandaya qoşulmaq arzusunda olan şəxsləri sərgidə gözləyəcək, onlara karyera imkanları və mövcud vakansiyalar, həmçinin məhz tələbələr üçün hazırlanan tələbə proqramları barədə geniş məlumat verəcək. Rəqəmsal gələcəyi bizimlə qurun!

Əyləncə Zonası

Rəqəmsallaşma ruhu əyləncə zonasında da hiss olunur. Burada Azercell həm böyüklər, həm də uşaqlar üçün əyləncəli rəqəmsal oyunlar təqdim edir. Bundan əlavə, Azercell bütün idman həvəskarlarını bu guşədə gözləyir və interaktiv futbol oyunu ilə öz təcrübələrini artırmağa səsləyir.

Ziyarətçilərə 5G texnologiyasının canlı təcrübəsini təqdim edən Azercell hər kəsi texnoloji yeniliklər dünyasından zövq almağa dəvət edir. Gələcəyi formalaşdıran texnologiyanın şahidi olmaq və beşinci nəsil simsiz şəbəkənin tam gücünü hiss etmək fürsətini qaçırmayın!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyev-Paşinyan dialoqu BRICS-ə damğa vurub - “Nezavisimaya qazeta”
Bu gün, 11:31
“Avtoqol”la uduzanlar… - REPLİKA
Bu gün, 11:26
2024-cü ildə dünya superdövlətləri: - ilk 10-luğa hansı ölkələr daxildir?
Bu gün, 11:21
“Ola bilsin ki, yaxınlarda, ilin sonunadək hansısa aralıq sənəd imzalansın” - GƏLİŞMƏ
Bu gün, 11:09
“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…” - Akopyan
Bu gün, 11:07
Vətəndaşlar "AccessBank"dakı pullarını geri çəkirlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Nazirlik “Azərmaş”dan 828 min manata 3 ədəd avtobus alır - TƏFƏRRÜAT
Bu gün, 10:50
Nazirin vəzifə verdiyi komandiri Beyləqanda qalmaqal yaradıb... - İLGİNC İDDİALAR
Bu gün, 10:44
4 il əvvəl evinin yanına raket düşdü, hələ də təmir edilmir – “Adımdan akt tərtib ediblər ki, guya, evin xərcini özüm çəkəcəm...”
Bu gün, 10:39
Türkiyədə polislərlə terrorçular arasında atışma olub, qırmızı bülletenlə axtarılan PKK üzvü öldürülüb
Bu gün, 10:28
BRICS nəhəng iqtisadi güc mərkəzinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 10:26
Dövlət Neft Fondunun səhmlərdən əldə etdiyi gəlirlər 6,4 mlrd. dollara çatıb - RƏSMİ
Bu gün, 10:23
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni İXTİSAR DALĞASI - NARAHATÇILIQ VAR...
Bu gün, 10:22
Hüseynbala Mirələmov Hadı Rəcəbli ilə bağlı heç yerdə olmayan məlumatları açıqladı
Bu gün, 10:11
Sevgili roluna girib hamını aldatdılar, qadın özünü PARTLATDI - TƏFƏRRÜAT
Bu gün, 10:05
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Avropa Parlamentindən anti-Azərbaycan teatrı... - “Bakı ilə qaz sazişini...”
Bu gün, 09:58
Kazan görüşünün ARDINDAN... - İrəvan artıq anlayır ki...
Bu gün, 09:57
Gürcüstanda seçkilərdən sonra toqquşmalar və iğtişaşlar qaçılmazdır - Xarici KİV
Bu gün, 09:53
“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:52
Cavid Qurbanovun obyektlərinə CƏRİMƏ KƏSİLİR - FOTO
Bu gün, 09:47
İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib
Bu gün, 09:39
Fuad Nəcəfli səhiyyə nazirini HƏDƏFƏ ALIB - FAKT BUDUR!
Bu gün, 09:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
Bu gün, 09:25
Gürcü Arzusu qalib gəlsə... Qərb hansı addım atacaq?
Bu gün, 09:21
Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...
Bu gün, 09:15
“Oğuz Aqrotexservis” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:09
Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!
Bu gün, 09:07
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi 31,2 milyon manata başa gələcək
Bu gün, 09:01
Paşinyanın SAXTA QƏRBYÖNÜMLÜ imici... - İrandan girib, Hindistandan çıxır...
Bu gün, 08:58
Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub? - ƏSLİNDƏ...
Bu gün, 08:54
Xəzər icra hakimiyyəti sakini BAŞINDAN EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Evi yanan seçicisi İmamverdi müəllimi AXTARIR - “HARADADIR BİZİM DEPUTATIMIZ?!”
Bu gün, 08:45
Kərə yağı niyə əlçatmaz məhsula çevrilir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:42
“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY
Bu gün, 08:40
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir - FAKT BUDUR!
Bu gün, 08:35
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bu gün, 08:34
51 ilin neftçisinin HAQQI YEYİLİB - MÜRACİƏT
Bu gün, 08:32
Gec-tez, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının tələbini yerinə yetirəcək - GƏLİŞMƏ
Bu gün, 08:26
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq - Rumıniyalı nazir
Bu gün, 08:17
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı... - NƏ HAQDA?
Bu gün, 07:23
Türkiyədə kritik yerə hücum: “gizli beyinlər”i kim öldürmək istədi? - ARAŞDIRMA
Bu gün, 07:20
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru