Lay-lay, bala, lay-lay... - Yat qal dala, lay-lay...
Tarix: 14-10-2020, 09:59 | Çap et
“Artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar” - prezident İlham Əliyev “Haber Global”a müsahibəsində bəyanat xarakterli bu fikri söylədiyi halda, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov sentyabrın 27-dən bəri mürgüləyir.
İ.Əliyev ardınca arxayın tərzdə əlavə etdi ki, kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq: “Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz”.
Və erməni işğalçılarının təcavüzkarlığını, Gəncədə terror törətməsini dünyaya car çəkməli olan Diasporla İş üzrə Dövlət Komitəsi və onun sədri Fuad Muradov hələ də - iki həftədir ki, “payız yuxusuna gedib”.
Anaxeber.info sual edir - cənab Muradov və dövlətdən milyonlar alan komitəsi nəyi, kimi, hansı anı gözləyir? Gözləyir ki, diaspor işini də prezident təşkil etsin?! Ay-hay...
Bu gün dünyanın müxtəlif ölkələrində ermənilər etiraz aksiyaları keçirirlər - Fransada, ABŞ-da, Avropa İttifaqı önündə...
Az qala diz çöküb ağlayırlar, imdad diləyirlər, özlərini qurban kimi təqdim edirlər ki, amandır, Azərbaycan və Türkiyə bizi xəritədən silir, ey xristian dünyası, bu dini ilk qəbul etmiş millətin dadına çatın. Mahiyyət budur!
Ənənəvi olaraq yazıq və əzilmiş sifət alan vəhşi, işğalçı ermənilər Qərbdə haray-həşir qopardığı halda, bizim Diaspora Komitəsi, ayrı-ayrı ölkələrdə yeyib - içmək məclislərindən başı ayılmayan diaspora təşkilatları yuxulayırlar.
Yalnız ötən gün Amerikanın Hyuston şəhərində bir qrup həmyerlimiz etiraz aksiyası keçirib. Halbuki, Gəncə terrorunu dünyanın gözünə soxmaq lazım idi: günahsız yerə ölən dinc sakinlərin adları məlum, fotoları ortada, yaralı körpələrimiz göz qabağında, gecə saat 2-də raketlə vurulmuş yaşayış binasının görüntüləri var və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bundan böyük sübut ola bilməzdi.
Amma Fuad Muradovun və dəstəsi - rəhbəri olduğu Diaspora Komitəsinin missiyasını, işini də gecəsini gündüzünə qatan, yorulmaq bilməyən prezidentin köməkçisi Hikmət Hacıyev yerinə yetirməli olur, bütün diplomatik korpusu Gəncəyə dəvət edərək erməni vandalizmi ilə tanış edir. Bəs sizin vəzifəniz nədən ibarətdir, cənab Muradov?
Ümumiyyətlə, Vətən müharibəsi başladığı gündən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti olmayıb.
Ermənilər Belçikada, Los-Ancelesdə, Avropanın müxtəlif şəhərlərində aksiyalar keçirir, bizim diaspor təşkilatlarımız isə gözləmə mövqeyindədirlər. İllərlə ayrılan vəsaitlər, xərclənən pullar hara gedib?
F.Muradov Almaniyada qurduğu restoran biznesindən, “Azərbaycan evləri” layihələrindən başını bir az qaldırsa, erməni təbliğatının, düşmənin diasporlarının nə ilə məşğul olduğunu bəsirət gözləri ilə görəcək.
Erməni diaspora birliyi küçələrə axışır, dünyanın diqqətini cəlb edir, onları inandırır, guya Azərbaycan tərəfindən hərbi həmlələrə məruz qalıblar, guya Qarabağdakı dinc erməni əhalisi atəş altındadır. Və Qərb dünyasını aksiyalarla, sosial mediada təbliğatla inandırmağa çalışırlar.
Hərçənd, bizim diaspora fəaliyyətimiz mütəşəkkil təşkil olunsa, Avropadakı soydaşlarımız və F.Muradovun komitəsi fəallıq nümayiş etdirsə, əsl işğalçı, əsl terrorçu, dinc insanları hədəfə alan əsl qüvvənin kimliyi meydana çıxacaq.
Bu günə kimi Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Beyləqan, hətta Xızı, ən nəhayət Gəncənin artilleriya atəşinə tutulması nəticəsində 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb, 148 mülki obyekt və 1185 yaşayış evi, 57 çoxmərtəbili yaşayış binası yarasız hala düşüb.
Amma Diaspora Komitəsi bu faktları, erməni vandalizmini dünyaya çatdırmaq üçün heç bir effektiv iş görməyib.
Ümumiyyətlə, biz elə bir dövrə gəlmişik ki, həm informasiyanın sürəti, həm hadisələrin axarı, həm operativlik, mobil idarəçilik, dünya ilə ayaqlaşmaq, ələlxüsus, 100 illik oturuşmuş erməni lobbiçiliyi ilə mübarizə baxımından diaspor işini ən yüksək səviyyədə qurmalıyıq.
Yuxarıdakı bu sətirlərin altından çizərək qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti və prezident bundan sonra diaspor işinin təşkilinə xüsusi önəm verməlidir.
İlk növbədə komitəyə sanballı, nüfuzlu, dünyanın bir çox ölkələrində sözü keçən ziyalı, yaxud kadr sədr təyin olunmalıdır.
Əgər, misal üçün Polad Bülbüloğlu səviyyədə qəbul edilən ziyalı defisitliyimiz varsa, o zaman ikinci prioritet önə keçir - yaxşı menecer, bu işi bilən aktiv kadr komitənin başına gətirilməlidir.
Fuad Muradov isə bu parametrlərin heç birinə cavab vermir. Nə cəmiyyətdə və diaspora təşkilatlarında böyük nüfuz sahibidir, nə də bu sahəni dərindən bilir.
Onun deputat olduğu dövrdə fəaliyyəti passiv, ictimaiyyətdə qəbuledilməz idi. Diaspor Komitəsinə gəlişi isə heç bir nəticə vermədi, etimadı doğrultmadı.
Bununla belə, F.Muradovun işinə qiymət diqqətdən kənarda qalmışdı. Amma Tovuz döyüşləri, sonra ermənilərin ayrı-ayrı ölkələrdə vətəndaşlarımıza hücumları, Los-Ancelesdə törətdikləri cinayətlər göstərdi ki, diaspora işində ciddi boşluqlar, nöqsanlar mövcuddur.
Partlayış nöqtəsi isə Qarabağda başlayan və davam edən müharibədir; Ordumuz uğurlar qazanır, Prezident qətiyyətli çıxışları ilə tarix yazır, Xalq ayaqdadır, iqtidar-müxalifət, media, bir sözlə, ölkə həmrəydir, möhtəşəm bir milli birlik nümayiş etdirilir, ermənilərin isə gücü terrora, dinc sakinlərimizi qətlə yetirməyə və sonra dünyada həşir qoparmağa çatır, Diaspora təşkilatlarımız və Fuad Muradov isə... Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
|