Prezidentin çıxışının ardından: Hansı məmurlar yola salınır?.. - Yeni islahat dalğasının ANONSU VERİLİB
Tarix: 2-02-2021, 10:30 | Çap et
“Axırıncı aşırım” filmində Kərbəlayı İsmayıl obrazının yaxşı bir ibarəsi var - sel gələndə özüylə əvvəl çöl-çöp gətirir, iri qol-budağı, kötükləri axırda gəlir. Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində söylədiyi fikirlərdən məlum olur ki, bu dəfə əksinə baş verib. Deyəsən, ağacın iri gövdələri qabaqda gəlir. Çünki edilən açıq xəbərdarlıqlar, ad çəkərək ünvanlanan sərt sözlər göstərir ki, 2021-ci il altı böyük fiqur üçün arzuolunmaz başlayıb. Anaxeber.info-nun təhlilinə və qənaətinə görə, fevralın 1-də Prezidentin məmurlara yönəlik ağır sözləri onların karyerasında sonunu yaxınlaşdırır. Onlardan üçü general, üçü isə sosial və maliyyə sektorunda struktur rəhbərləridir. İ.Əliyev gizlətmədən, adlarını çəkə-çəkə onlara irad tutmaqla, hətta bisavad yerinə qoymaqla demək istədi ki, sizinlə işləmək fikrində deyiləm, tezliklə vidalaşacağıq. Əvvəlcə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “kürkünə birə salan” açıqlamanı xatırladaq. General-nazir Qarabağda FHN-nin inzibati binasını tikməyi təklif edib. Və prezident sərt etiraz edib. Görəsən sel, daşqın, zəlzələ, yanğın, təbii fəlakət baş verməyən, hələ minlərlə yaşayış məntəqəsi yerləşməyən Qarabağda izafi xərcə yol verilərək niyə FHN üçün gözəgəlimli bina tikilməli, büdcə vəsaiti boş yerə sərf edilməlidir? K.Heydərovun bu uğursuz “ideyası”nı rədd edən Prezident həm də diqqətə çatdırır ki, büdcədən artıq xərclər gedir, israfçılıq olunur. Lakin əsas məsələ Bakıda istər 15 nəfərin ölümü ilə bitən bina yanğını, istər neftçilərin ölümü, istər dispanser faciəsində sınaqdan üzüağ çıxa bilməyən, bir qurum olaraq özünü doğrultmamış FHN-nin yersiz təklifinin rədd olunmasıyla K.Heydərovun gedişinə eyham vurulub. Son günlərdə onun ölkədən 28 miyard çıxardığı haqda iddiaların yayılması onsuz da FHN şefinin vəziyyətini qəlizləşdirmişdi. Bunun ardınca Prezidentin onun təklifini rədd etməsi, qəzəblə qarşılaması generalın çoxdan gözlənilən vəzifədən gediş prosesini sürətləndirib. Lakin belə görünür ki, o, tək general olmayacaq. K.Heydərovla yanaşı “qələmi qırılmış” görünən digər general Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdir. Təsəvvür edin ki, ölkənin sərhədlərini mühafizə edən general hələ bilmir ki, Şuşa sərhəd bölgəsi deyil. Bunu biz yox, Prezident söyləyir. İ.Əliyev deyir ki, onu kimi, xalq da bu fikrə güləcək: “Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə, Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan?” Sensasiyadır. Tragikomediyadır. E.Quliyev sərhəd zastavasını harada yaratmağı ya bilmir, ya da məmurlar Şuşada mövqelərini gücləndirmək uğrunda indidən mübarizəyə girişiblər. Prezidentin DSX rəisinə belə sarkazmla reaksiya bildirməsi, məsələni xalqa açıqlaması göstərir ki, E.Quliyev bundan sonra vəzifədə çox qala bilməyəcək. Ölkə başçısının qəzəbinə tuş gələn digər general isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. O da Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. “Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun? Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”. Yəni, general dövlətin pulunu israf etməkdə ittiham edilir. İ.Əliyev ismarış verir ki, sizin əlinizdən cana doymuşam, öz hesabınıza heç bir iş görmürsünüz, dövlətin malını talamaqla məşğulsunuz. Ardınca bildirir: “Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar...” Əgər prezidentin səbri tükənirsə, S.Mehdiyevin gömrükdəki postunda vəzifəsinin ömrü də tükənmək üzrədir. Onsuz da gömrükdə şəffaflıq təmin olunmayıb, yenə inhisarçılıq qalır, vətəndaşlar narazıdır və S.Mehdiyev Aydın Əliyevdən fərqlənmədi. Deməli, xudahafiz... Anaxeber.info-nun məlumatına görə, dövlət başçısının xalq kimi narazı qaldığı məmurlardan biri də Mərkəzi Bank sədri Elman Rüstəmovdur. Pandemiya dövründə, müharibədən çıxmış ölkədə 218 milyon avroya yeni inzibati bina tikməyə hazırlaşmaqla xalqın əsəblərini tarıma çəkən Mərkəzi Bank sədrinin bu azmış kimi, Şuşada da inzibati bina arzusu dəhşətli bir korrupsiya mərəzidir. Ondan geri qalmayan “Azəravtoyol” sədri Saleh Məmmədov, habelə AZAL prezidenti Cahangir Əsgərov öz kreslolarının “qətlinə fərman” vermiş olublar. Anlaşılmazdır ki, bu məmurlar Şuşada inzibati binanı hansı məqsədlə tikmək istəyirlər və bir-bir prezidentə ağız açırlar? Nə üçün S.Məmmədov Bakının hələ də bərbad olan küçələrinin, yollarının asfaltlanması, C.Əsgərov təyyarə biletlərinin qiymətlərinin ucuzlaşdırılmasını, şəhid və qazi ailələrinə müxtəlif dəstək paketlərini təklif etmirlər, amma heç kəsə lazım olmayan mənasız binalar inşa etməyi, büdcə pullarını daşa-divara hörməyi məsləhət bilirlər? Prezident həm E.Rüstəmov, həm S.Məmmədov, həm də C.Əsgərovun adlarını açıqlamaqla köhnə qvardiyadan qalan “sonuncu mogikan”ların da istefasının yaxınlaşmasına işarə vurub. Böyük bir korrupsiya piramidası yaratmış, xalqa və dövlətə heç bir töhfəsi olmayan bu yarıtmaz məmurlardan çoxdan qurtulmaq lazım idi. Amma zərərdən indi də dönmək yenə xeyirdir. Şuşa uğrunda mübarizəyə “qalxmış” və öz maraqlarını təmin etməyə, gözə girməyə can atmış həmin məmurlarla yolları ayırmağın tam zamanıdır. Müşahidələr, təhlillər, o cümlədən sosial mediada fikirləri önəmli olan ekspertlərin analizləri də belə deməyə əsas verir ki, İ.Əliyev bu il ərzində mərhələli şəkildə adı çəkilən üç general və üç sədrlə sağollaşacaq. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
|