“Lalafo”da fırıldaqçılıq: Oğurlanan pulları necə geri qaytaraq? - NARAZILIQ!
Tarix: 12-02-2021, 12:41 | Çap et
Son günlər sosial şəbəkələrdə xeyli sayda insan “Lalafo.az” elan saytının adı ilə kart hesablarından fırıldaqçılar tərəfindən vəsait çəkildiyini bildirirlər. Belə ki, həmin saytda elan yerləşdirən vətəndaşın mobil telefonuna xarici nömrə ilə müəyyən bir link daxil olur və kart məlumatlarını istəyir. Daha sonra isə qeyd olunan məlumatlar əsasında kartdan pul çəkilir.
Belə hallarla qarşılaşan çoxsaylı vətəndaşlardan bir neçəsinin sosial şəbəkələrdə yazdıqları şikayəti təqdim edirik:
“Facebook” istifadəçisi Sevda İskəndərova: “Çox pis vəziyyətdəyəm, “Lalafo”da elan qoydum. Bir xanım mənə elanla bağlı yazdı ki, məhsulu alıram. Sonra mənə “Lalafo”dan link atdı, soruşdu ki, “kartınız var?”, mən də var, dedim. Həmin linkdə “Lalafo” mənim kart məlumatlarımı istədi və öz kartıma kod gəlmədiyi üçün valideynimin bank kartını istifadə etdim. Bundan sonra məndən 1100 azn vəsait çıxıldı. Pulumu geri almaq üşün hara müraciət edəcəyimi bilmirəm”.
Digər istifadəçi Aytən Məmmədova: ““Lalafo” saytında çox adamın başına bu oyun gətirilib. Çoxu da xarici nömrələrdir. Bir çox insanın kartından pul çəkilib, 500-700-1000... Bir nəfər 3 rəqəmli kodu yazmayıb, sadəcə üstündəki kart nömrəsini yazıb. Lakin buna baxmayaraq, onun da kartı “qırılıb”, öz də kredit kartı. Belə görünür ki, bu işlə məşğul olan bir qrupdur və Azərbaycandadır. Sadəcə onlara Rusiya, Ukrayna nömrələri paylanılıb və bu şəxslərə tapşırılır ki, hər gün sayta elan qoyanlara zəng edib aldatsınlar. “WhatsApp”a yazırlar və kartın məlumatın alan kimi digər qrup pulu çıxarır. Bu ya polislərdən ibarət “moşennik” qrupdu, ya da bank işini bilənlərdi. Bunu gizli biznesə çeviriblər. “Lalafo” isə buna biganədir. Orda bir link var – “Lalafo çatdırılma”, fırıldaqçılar bundan istifadə edir. guya pul “Lalafo”ya köçür. “Lalafo” sayt açılan kimi banerdə bu barədə xəbərdarlıq edə bilər. Amma vecinə deyil”.
Anar Mamedov adlı istifadəçi isə vətəndaşları həmin elan saytındna uzaq qalmağa səsləyib: ““Lalafo”da “moşennik” çoxdur, uzaq durun o saytdan. Nəzarət olunmur”.
Daha bir istifadəçi Azər Qasımov: “Bizim də başımıza belə bir şey gəlib. Bir nəfər var idi, “Lalafo”dan 600 manatlıq mal istəyirdi. Kartın üst və “3D Security” kodlarını verdim. Kartda balans sıfır olduğu halda, 2-3 əməliyyat aparılıb və 400-500 manatlıq pul köçürülməsi edilib. Axı, o necə ola bilər ki, balansım sıfır ola-ola, bu qədər pul köçürülə? İndi balansım 7 manatdı. Məndə o 400-500 azn olmaya-olmaya necə və hardan köçürülə bilər?”.
Məsələ ilə bağlı “Lalafo”ya müraciət etdik. Şirkətdən Bakupost a bildirildi ki, yaşanan problem yalnız “Lalafo”ya aid deyil:
“Asiya və Avropada fırıldaqçıların fəaliyyətinin artdığı müşahidə olunur. Onlar fərqli mənbələrdə açıq məlumatlardan istifadə edir, internetdə əlaqə məlumatlarını tapdıqları insanlara yaza bilirlər. Bu səbəbdən də istifadəçiləri ayıq olmağa və şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməməyə çağırırıq. Xüsusilə, “Lalafo” mobil tətbiqində “Lalafo çatdırılması”nın mövcud olmadığını xəbərdarlıq edən baner yerləşdirilib. Həmçinin, istifadəçilərimizə fırıldaqçıların edə biləcəyi saxtakarlıqlar barəsində xüsusi mesajlarda məlumat verir və resursumuzda şübhəli fəaliyyəti blok edirik. Belə ki, fırıldaqçılar istənilən mənbələr vasitəsi ilə sizinlə əlaqə qura bilərlər, buna görə də hər bir alıcı və satıcının ayıq olması çox vacibdir. Hal-hazırda fırıldaqçılığın ən aktual növü naməlum şəxslərin özlərini alıcı və ya satıcı kimi qələmə verməsidir. Onlar mənbələrdəki mesaj bölməsi vasitəsi deyil, birbaşa “WhatsApp” vasitəsilə sizinlə əlaqə quraraq bütün kart məlumatlarınızı daxil edəcəyiniz link göndərirlər. Bunu qətiyyən etmək olmaz. Kart sahibi yoxlanılmamış saytlara tam kart məlumatlarını daxil etməklə kartdakı vəsaitini itirmək riski daşıyır”.
“Lalafo” fırıldaqçıların qurbanı olmamaq üçün naməlum şəxslərdən gələn şübhəli linklərə daxil olmamağı, üstəlik şəxsi məlumatları ora daxil etməməyi tövsiyə edir: “Əgər hər hansı bir şübhəniz varsa, birbaşa şirkətlə əlaqə saxlayıb, bu və ya digər əməliyyatın nə qədər təhlükəsiz olduğunu aydınlaşdırmaq daha yaxşı olardı. Digər istifadəçilər tərəfindən göndərilən linklərdən istifadə edərək şirkət əlaqə məlumatlarını axtarmağı məsləhət görmürük. Hər zaman özünüz sayta və ya mobil tətbiqə daxil olun və yalnız rəsmi mənbələr vasitəsi ilə əlaqə saxlayın.
Fırıldaqçılar sizi aldadıbsa, nə etməli? İlk növbədə, bankınızla əlaqə saxlamağınızı, kart saxtakarlığı barədə xəbərdar etməyinizi, dəqiqləşdirməyinizi məsləhət görürük, kartı dəyişdirməyə ehtiyac ola bilər. Həmçinin, hüquq-mühafizə orqanlarına və kartın növündən asılı olaraq VISA və ya Mastercard-a müraciət etməlisiniz”.
Mövzu ilə bağlı saytımıza danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd etdi ki, belə hallarda ilk növbədə vətəndaşlar ehtiyyatlı olmalıdır:
“Yəni vətəndaş diqqətli olmalıdır ki, bu hansı resursdu, domeni nədir, nə zaman yaranıb, kimdir, nəçidir. Vətəndaş pul verməzdən öncə “Google”da qısa bir araşdırma aparmalıdır. Əgər o hansısa təhlükə ilə üzləşibsə, burada artıq aidiyyəti qurumlara müraciət etməlidir. Metodiki kömək, yaxud informasiya dəstəyi lazım olarsa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik xidmətinə müraciət edə bilərlər. Onların borcu da dəstək göstərməkdir. Əgər vətəndaş kriminalla üzləşibsə, yəni kartından pul çıxılma, oğurluq, dələduzluq və s. bu kimi hallarla üzləşibsə, artıq o məhkəməyə, prokurorluğa, daxili işlərə müraciət edə bilər. Hüquq mühafizə orqanları ona kömək edəcəkdir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
|