“Kaş ki”lərlə heç nəyi, heç kimi geri qaytarmaq olmur" - Koronovirusdan sağalan jurnalistdən ilginc açıqlamalar
Tarix: 1-09-2021, 08:02 | Çap et
Koronavirus media cameəsinin də sıralarını seyrəltdi. Həmkar itkisi ürəyimizi kədərlə doldurur, xəstəliyə qələbə çalanları görəndə isə təskinlik tapırıq. Dəyərli həmkarımız Rumiyyə Miraslan da qalib jurnalistdir. Ən böyük və mühüm döyüşdə - həyat uğrunda mücadilədə qələbə çaldı. Hazırda “Baku.TV”də redaktor vəzifəsində çalışan Rumiyyə xanım “dostlarım, iş yoldaşlarım, qayğıkeş rəhbərlik sayəsində koronavirusa qalib gəldim” - deyir. Amma bilirik ki, insanın öz əzmi, dəyanəti də əsas şərtdir. Rumiyyə xanımı sosial şəbəkədə izləyənlər necə döyüşkən ruhlu olduğunu görür. Paylaşdığı statuslar, baş verən hadisələrə münasibəti mübarizliyindən xəbər verir. Zəhrimar virusa yoluxduğunu da sosial şəbəkədən öyrənmişdik. “Yeni Klinika”da müalicə olunduğunu yazırdı və çoxumuzun təəccübünə rəğmən qüsursuz tibbi yardım göstərildiyini qeyd edirdi. Nəhayət, sağaldığını, xəstəxanadan çıxdığını da öyrəndik. Və həmkarımızı çox da yormamaq şərti ilə bu günlərdə başına gələnlər barədə danışmasını istədik:
- İşə çıxıram, artıq. Amma iş gününün sonunda hiss etdim ki, yorulmuşam. Sanki taqətim tükənirdi. Həkimlər hələ 14 gün işə çıxmamağı tövsiyə etmişdi. Reabilitasiya dövrünü keçməliyəm...
- Bəs niyə işə çıxdınız? Rəhbərlik tələb etdi?
- Xeyr, qətiyyən. Xəstəliyin ilk günlərində demişdim, indi də deyirəm, rəhbərliyin qayğısını həmişə hiss etdim. Tək mən yox. Hansı əməkdaş xəstələnibsə, hamısına qarşı eyni qayğıkeş münasibət olub. “COVİD” analizlərinin ödənişini iş yeri üzərinə götürüb. Həm də təkidlə israr ediblər, başlanğıcda, xəstəlik müddətində lazım olan bütün analizlərin ödənişi iş yerinin hesabına olub. Başqa məsələlərdə qayğını əsirgəməyiblər. Sadəcə, hazırda əməkdaşlarımız arasında yoluxanlar çoxdur. Məzuniyyətdən qayıdanlar arasında da xəstələnənlər var. Ona görə iş axsayır. İşimizdə daha artıq axsama olmasın deyə, özüm işə çıxmaq qərarına gəldim. Kollektiv mənə dəstək olursa, mən də kollektivə dəstək olmalıyam.
- Özünüzü indi necə hiss edirsiniz?
- Hələ müalicə müddəti bitməyib. Tez yoruluram... 1 ay dərman qəbulu davam etməlidir. Qan durulaşdırıcı dərmanlar içməliyəm. Aspirin kardio, Kardio-maqnil... İynə yazıb həkim. 1-2 gün dərmanları içmədim, qanda tromb əmələ gəldi. Qolumda göyərmə oldu. Başa düşdüm ki, gərək o dərmandan imtina etməyim. Sizə deyim ki, koronavirusun ən təhlükəli tərəfi qanda tromblaşmanın yaranmasıdır...
- Ordan-burdan başladıq. Deyəsən, xəstəlik hamımızı çaşdırıb... Bəlkə əvvələ qayıdaq?
- Deyiləsi o qədər sözüm var, istəyirəm, hamıya elan edim, yalvarım ki, bu xəstəliklə zarafat etməyin! Xroniki xəstəliyi olanlar çox vaxt bu xəstəliklərlə “COVİD”i qarışdırır. Birində xroniki bronxitdi, öskürür, elə bilir, həmişəki halıdır, əvvəlcə keçirdiyi xəstəlikdir, astma, böyrək çatışmazlığı, revmatizm... adi qrip. “Soyuqlamışam, sətəlcəm olmuşam”, deyib üstündən keçmək istəyirlər. Sonra isə çox gec olur. Məndə sümük ağrıları olur. 9 ildir. Bu dəfə də xəstəlik sümük ağrıları ilə başladı. Qızdırma yox idi. Düşündüm ki, kondisionerin təsiridi. 3-cü gün, “ayıldım” ki, ağrıdan ölürəm artıq. Və boğuluram. Qızdırmam da qalxdı 38-ə. 2 Parasitomol içdım. Qızdırma düşdü, qalxdı. “103”-ə zəng etdim. “COVİD” analizi götürmədiklərini dedilər. Poliklinikaya zəng etdim, Xətai rayonundakı 28 saylı poliklinikaya. Dedilər, “bizə test verilməyib”. “TƏBİB”ə zəng vurdum. Dedilər, Abşeronda modul tipli xəstəxanaya gedin. Çaşıb qalmışdım... 2 ay əvvəl rəfiqəm rəhmətə getmişdi, koronavirusdan. Təsəvvür edirsiniz, bir yerdə böyümüşük, 22 il bir həyətdə yaşamışıq, 39 yaşında gənc xanım rəhmətə getdi, uşaqları yetim qaldı. Bu mənə çox ağır təsir etmişdi, indi də xəstələnəndə rəfiqəm yadıma düşdü, psixoloji travma yaşadım. Məni bu vəziyyətdən iş yoldaşlarım çıxardı. Birincisi, gözləmədiyim halda, iş yerindən zəng etdilər ki, təcili Ailə Sağlamlıq Mərkəzinə gedim və analiz verim. Çünki işə xəstələndiyimi xəbər vermişdim. Təsəvvür etməzsiniz, mən ora ağrılar içində getdim. Ağrıdan ağlayırdım, demək olar, yeriyə bilmirdim. Həkim görən kimi, dedi, burundan yaxma götürüləcək, böyük ehtimalla “korona”ya yoluxmusunuz. Neçə müddətdir işləyirlər, xəstələri zahiri əlamətlərdən də tanıyırlar. Bir neçə saat sonra cavab çıxdı – pozitiv! Sağ olsun, İcbari Tibbi Sığortanın mətbuat xidmətinin rəhbəri Aynurə xanım. Məni “Yeni Klinika”ya göndərdi. Aynurə xanım olmasaydı, bilmirəm halım necə olacaqdı. Xəstəxanalara yerləşmək qeyri-mümkündür. Gərək tanışın olsun. Mən media nümayəndəsi ola-ola belə çətinliklə xəstəxanaya yerləşə bildimsə, düşünün, sıravi adamlar hansı vəziyyətdə olur. Bir çox xəstəxanalarda vəziyyət biabırçıdı. Tibb bacıları çatışmır. Xəstəxanalarda cihazların monitorları işləmir. Oksigen, kislorod balonu tapılmır. Statusda yazdığım kimi “Yeni Klinika”da vəziyyət tamam fərqlidir. Elə bilirdim Azərbaycanda deyiləm, hansısa xarici ölkədəyəm. Qüsursuz tibbi xidmət vardı. Günün istənilən vaxtında nə istəyirsən, dərhal gətirirdilər. Tez-tez təzyiqi, ürək döyüntüsünü ölçürdülər. Xəstəliyin gedişatına uyğun müalicə də dəyişirdi. Müalicə həkimi daim maraqlanırdı. Analizlərin nəticələrinə baxırdı. Hər bir şərait vardı. Kənardan nəsə istəyirsənsə, yaxınlara çatdırırdılar, gətirirdilər. Amma ümumiyyətlə, heç nəyə ehtiyacım qalmırdı. Nahar da vaxtlı vaxtında, çay, şirələr, sular, nə istəsən vardı. Müalicə də öz axarında davam edirdi. İş yoldaşlarım daim zəng edirdilər, söhbət edirdilər, güldürürdülər, müsbət enerji ötürürdülər. Gördüm, bu qədər dəstək var. Belə vəziyyətdə sağalmaqdan başqa “çarə” yoxdur.
- Məsləhətiniz nədi?
- Məsləhətim budur ki, xəstəliyə ciddi yanaşın. Dərhal analiz verin, tez üstünə düşün. Virus ağ ciyərlərə nüfuz edəndə, müalicə çətinləşir. Bunun üçün də ilk növbədə analiz tez verilməlidir. Təcili Yardıma, TƏBİB-ə sərf etdilən vaxt uduzulmuş zamandı. İl boyu işləyirik, çalışırıq. Olsun lap 40, 80, 90 manat, ödəyib analizin cavabını tez əldə etmək lazımdır. Elə bilək ki, bir geyimə pul xərcləmişik. Nə bilim, hardasa dostlarla əyləşib nahar etmişik... Mütləq özəl klinikalarda analiz verib cavab almaq lazımdır. Gecikdirmək olmaz. İlk başdan üstünə düşdünsə, xilas olursan. Həm də daha məsləhətdir ki, burundan yaxma analizi götürülsün. Çünki virus burunda olanda tez müəyyən edilir. Ağ ciyərə düşəndə təsbit etmək çətinləşir. Analizin cavabı müsbətdirsə, vaxt itirmədən müalicəyə başlanmalıdır. Xəstəxanaları gözləsək, itirəcəyik, doğmaları, dostlarımızı.
- Xəstəliyə tutulub sağalanların əksəriyyəti deyir, həyatın qiymətini indi anladıq...
- Həqiqətən. Bu xəstəlik bizə çox şeyi anlatdı. Biri ilə salamlaşırsan, axşam eşidirsən ki, rəhmətə gedib... Dünyadan heç nə aparmayacağıq. “Kaş ki”lərlə heç nəyi, heç kimi geri qaytarmaq olmur. Həmkarımız Əmrah Fəqanoğlu rəhmətə getdi, bu mənə çox ağır təsir etdi. Ondan sonra kimin xəstələndiyini eşidirdim, xəbər tuturdum, çalışırdım, nəyləsə yardım edim. Dostumuz Səlim bəy də xəstələndi, təsəvvür edin, bir iynə üçün 2 min manat pul lazım idi. Qənirə xanıma (millət vəkili Qənirə Paşayeva) müraciət etdim, sağ olsun, kömək etdi. Səlimin iynəsi alındı. Bir həqiqəti anladım ki, bir-birimizə bacardıqca möhkəm bağlanmalıyıq. Əl-ələ tutub bir-birimizə yardım etməliyik. İndi gözüm “xəstə” axtarır. Hamıya kömək etmək istəyirəm. Əlimdən gələn qədər. Bir də əsas odur ki, xəstələnənləri tək qoymayaq. 2 kəlmə xoş söz, ümid verir insana. Xəstələnənlər ümidlərini itirməsinlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
|