Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                 

“Məhkəmə “sənə pensiya düşür” qərarı verdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ləğv etdirdi” - NARAZILIQ VAR!
Tarix: 25-10-2022, 12:45 | Çap et
“Məhkəmə “sənə pensiya düşür” qərarı verdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ləğv etdirdi”
Birinci Qarabağ Müharibəsi iştirakçısı, Ağdam rayonunun Gülablı kənd sakini Rasim Novruzov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, 68 yaşı tamam olsa da, indiyədək pensiya ala bilmədiyindən şikayət edir:

“Mən 1988-ci ilin axırlarında, könüllülər dəstəsi yaradaraq, Qarabağ müharibəsində iştirak etmişəm. Həmin vaxt mənim təşəbbüsümlə kəndin cavanlarından ibarət könüllü dəstə yığıldı və məni də özlərinə komandir seçdilər. Hər dağda bir dəstə var idi. Biz də dağların birində yerləşmişdik. İlk əvvəl düşmənin qarşısına küt alətlərlə, yaba ilə çıxırdıq. Çünki silah tapa bilmirdik.

Müharibənin çətin vaxtlarl idi. Ağdamda “Fred Asif” adlı döyüşçü var idi, Allah rəhmət eləsin, onu tanımayan yox idi. Getdim ona müraciət etdim, komandiri olduğum dəstəyə silah verdi. Əlimizdən gələni edirdik, döyüşürdük. Erməni bizim kəndə girə bilmirdi.

1991-ci ildə Ağdamın polis rəisi məni yanına çağırıb dedi ki, Rasim, mənə bələdçi lazımdır. Qarabağın xəritəsini stolun üstünə qoydu və soruşdu ki, hansı tərəfdən getsək, az itki verərik? Bizim Abdal Gülablı kəndi 6-7 erməni kəndinin ortasında yerləşirdi. Orda mənə 4 silah daha verdilər. Bir polis əməkdaşını da qoşdular ki, bu silahları aparıb əsgərlərə verək.

Polis rəisinin pəncərədən gözü maşına sataşdı. Soruşdu ki, o maşın sənindir? Dedim, bəli. Vərəq göstərdi, orada ermənilərin məni axtarışa verdikləri yazılmışdı. Ermənilər iddia edirdilər ki, guya, Ağdama silah daşıyıram. Dedi, Ağdamdan qırağa çıxma, səhv başa düşülərsən, həbs oluna bilərsən.

1991-ci ildə dağın yanına top mərmisi düşdü və mən ağır yaralandım. Gözümü hospitalda açdım, kəllə-beyin travması almışdım, bir də dizimdə ağır yaralar var idi. Həkim dedi ki, sənə döyüşmək olmaz. Əlbəttə, razılaşmadım, bir az ayağa qalxan kimi döyüş bölgəsinə yollandım. Tez bir zamanda yenidən məni ağır formada həmin həkimin yanına gətirdilər. Həkim tibbi müdaxilədən sonra dedi ki, bir də mənim yanıma gəlmə, bir gün düşdüyün vəziyyətdən ayılmayacaqsan, sənə hərəkət olmaz. Odur ki, məni bu vəziyyətdə döyüşməyə qoymadılar. Qayıdıb evimə gəldim, müalicələr davam edirdim və bu günə kimi də davam edir. Bütün güclü nevropatoloqların yanında olmuşam, heç nəyin xeyri yoxdur. Oğlum Misirə göndərdi, bir az ordakı həkimin müalicəsinin xeyrini görmüşəm.

Mənim problemim odur ki, 4 aydır 68 yaşıma keçmişəm, amma dövlətin qoyduğu pensiyanı ala bilmirəm. Məhkəmələrə müraciət etmişəm. Qarabağ döyüşçüsü kimi sənəd vermirlər, əlilliyimi təsdiq etmirlər. Hər kəsə bəllidir ki, Ağdam korpusunun arxiv şöbəsində minlərlə insanın sənədi yanıb kül oldu. Bunun günahkarı biz deyilik, axı. Şahid istədilər, 3 şahid apardım. Məhkəmə “sənə pensiya düşür” qərarını verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Apellyasiya Məhkəməsinə müraciət edib və qərar ləğv edilib. 4-5 ay sonra İnzibatı Məhkəmədən məktub gəldi ki, sizə pensiya düşmür. 21 il stajım var, amma pensiya stajı olmayan vətəndaş kimi aylıq pensiya alıram”.

“Hürriyyət” vasitəsilə müvafiq qurumlara müraciət edən Rasim Novruzov haqqı olan pensiyanı almaq istədiyini bildirir: “Cənab Prezidentə, lazımi orqanlara bir daha müraciət edirəm. Mən haqqım olan pensiyamı istəyirəm. Haqqım olmayanı istəmirəm. Dövlətimdən pensiya tələb edirəm. Ali Məhkəməyə də müraciət etmişəm, hələlik heç bir xəbər yoxdur. Mənə ya staja görə əmək pensiyası kəsilsin, ya da əlillik pensiyası verilsin. Mən bu torpaqlarda can qoymuşam. Lazım olsa, bu halımla müharibəyə çağırsalar yenə gedərəm. Pensiya verilmir, kəsilir deyə torpağımdan keçəsi deyiləm. Sizin vasitənizlə rəsmi qurumlara müraciət edirəm ki, mənə düzgün pensiya kəsilsin”.

P.S. Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. Ümumilikdə isə, görünən odur ki, növbəti haqsızlığa imza atılıb. Axı, Ağdam korpusunun arxiv şöbəsi təxribat nəticəsində od vurulub yandırılıbsa, bunun cəzasını niyə günahsız vətəndaşlar çəkməlidir?!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru