Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                     "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" .....                     Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... .....                     "The New York Times" Naftalandan yazıb, həm də necə... .....                     ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib .....                     "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." .....                     BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... .....                     "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" .....                     Sülh müqaviləsi təhdid altında .....                     Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs .....                     Azərbaycanda polkovnik vəfat etdi .....                     Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... .....                     Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... .....                     Bu gündən bəzi məktəblərdə dərslər başlayıb .....                 

Daşkəsəndə yeni Zənginləşdirmə zavodu, Göygöldə Pellet və HBI zavodları inşa ediləcək
Tarix: 26-01-2024, 12:54 | Çap et
Daşkəsəndə yeni Zənginləşdirmə zavodu, Göygöldə Pellet və HBI zavodları inşa ediləcək
“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən “Daşkəsən” dəmir filizi sahəsinin istismarına hazırlıq işləri uğurla davam etdirilir.

Qeyd edək ki, 1860-1870-ci illərdə kəşf olunan Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksində hasilat işlərinə SSRİ dövründə başlanılıb. Bu məqsədlə 1945-ci ildə Daşkəsən Filiz İdarəsi yaradılıb. Layihəyə uyğun olaraq 1954-cü ildən istehsal edilən dəmir konsentratı dəmiryolu vasitəsilə Gürcüstanın Rustavi şəhərində yerləşən polad istehsalı müəssisəsinə çatdırılırdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra vaxtilə ittifaq respublikaları arasında formalaşdırılmış istehsal zənciri qopduğu üçün dəmir filizinin hasilatında da fasilələr yaranıb. 1994-cü ildən 2017-ci ilədək sahədə istismar işləri qismən aparılıb.

“Daşkəsən” dəmir filizi yataqlarının istismarında yeni mərhələ

2020-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar işlər “AzerGold” QSC-yə həvalə edilib. Layihə ilə əlaqədar törəmə şirkət qismində təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən istismara hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə ilkin mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə mineral ehtiyatların qiymətləndirilməsi üçün tədqiqatlar aparılıb. Nəticədə hər iki yataq üzrə yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla, Daşkəsən dəmir filizi sahəsində bütün yataqlar üzrə filiz ehtiyatlarının ümumi kütləsi 309,16 milyon tona çatdırılıb. Sözügedən yataqlar üzrə hazırlanan 21 illik istismar planına uyğun olaraq 2022-ci ilin iyun ayında “Cənub-şərq” mədənində üstaçma və hasilat işlərinə başlanılıb. Ötən dövr ərzində Cənub-şərq mədəni üzrə 6,5 milyon ton üstaçma işi, 1,8 milyon ton filiz ehtiyatının toplanmasına nail olunub.

Bununla belə, “Cənub-şərq” və “Şimal-qərb” mədənlərində iqtisadi səmərə ilə çıxarılabilən mineral ehtiyatların yenidən artımına və istismar müddətinin 23-27 ilə çatdırılmasına nail olmaq üçün müvafiq təhlillər aparılır. Bu məqsədlə həyata keçirilmiş buruqqazma işləri nəticəsində əldə edilmiş nümunələrin geokimyəvi analizi icra edilib. Növbəti addım olaraq artıma nail olmaq məqsədi ilə mineral ehtiyatların həcminin yenidən qiymətləndirilməsi və mədənlər üzrə yeni istismar planının hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulur.

Yeni istehsal zəncirinin qurulması

Sözügedən mədənlərin iqtisadi səmərəli və dayanıqlı istismarının təmin edilməsi məqsədilə layihə üzrə icra strategiyanın hazırlanması beynəlxalq təcrübəli və nüfuzlu məsləhətçi “Boston Consulting Group” şirkəti tərəfindən həyata keçirilib. Aparılmış təhlillər layihə çərçivəsində mərhələli istehsal prosesinin qurulmasını optimal həll yolu olaraq müəyyən edib. Qeyd edilən həll yolu çərçivəsində son məhsul olaraq dəmir filizindən polad sənayesində istifadə olunan yüksək keyfiyyətli – 95 % dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı qərara alınıb.

Qeyd edək ki, “Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurlarının tərkibindəki dəmirin nisbətən aşağı olması (ortalama 40 %) bu filizlərin zənginləşdirilərək minimum 67 %-ə çatdırılmasını zəruri edir. Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq dəmir konsentratının istehsalı məqsədilə Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95 % dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək.

Layihə çərçivəsində Zənginləşdirmə zavodunun Daşkəsəndə, SSRİ dövründə mədən yaxınlığında qurulmuş, hazırda istehsal üçün yararsız olan Filizsaflaşdırma kombinatının ərazisində inşası nəzərdə tutulub. Dağlıq relyefə malik rayonda Pellet və HBI zavodlarının qurulması üçün uyğun ərazinin olmaması, həmçinin yaşayış sahələrindən kənarda müəssisənin fəaliyyəti üçün zəruri enerji mənbələri (elektrik, qaz), son məhsulun polad istehsalçılarına çatdırılması üçün logistik imkanların məhdud olması bu 2 zavodun ətraf ərazilərdə qurulmasını labüd edib. Nəticədə Pellet və HBI zavodlarının Göygöl rayonunda inşasına qərar verilib.

Ötən dövrlərdə “Daşkəsən” yataqlarında istehsal edilən konsentrat növbəti təyinat məntəqəsinə kanat və dəmir yolu vasitəsilə nəql edilsə də, müasir dövrdə iqtisadi və ekoloji baxımından bu metod bir o qədər səmərəli hesab edilmir. Bu səbəbdən Zənginləşdirmə və Pellet zavodları arasında 45 km məsafədə yükdaşıma əlaqəsinin Şlam boru xətti vasitəsilə aparılması nəzərdə tutulub.

Beləliklə, layihəyə uyğun olaraq, qarşıdakı dövrdə istehsal zəncirinin formalaşdırılması ilə illik 3-3,2 milyon ton filiz hasilatı, bu filizdən 1,3 milyon ton konsentrat və pellet, və nəhayət son məhsul olaraq ~0,9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub.

Hazırda layihə çərçivəsində yüksək keyfiyyətli dəmir xammalının istehsalı prosesinin laboratoriya şəraitində sınaqlaşdırılması uğurla həyata keçirilib. Sınaqlar nəticəsində 67 % dəmir tərkibli konsentratın, daha sonra konsentratdan pellet məhsulunun istehsal edilməsinə nail olunub, növbəti mərhələ üzrə sınaq işləri davam etdirilir.

Müasir ekoloji tələblərə uyğun texnologiyanın tətbiqi

Zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalar nəzərə alınıb. HBI texnologiyası klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60 %-dək azaldılmasına imkan yaradır. Bu texnologiya həm də gələcəkdə istehsal prosesində hidrogenə keçid etməyə, beləliklə də “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi imkanı yaradacaq. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunu möhkəmləndirmək mümkün olacaq.

Layihəyə xarici investorun cəlb edilməsi

Qeyd edək ki, “Boston Consulting Group” şirkətinin hesablamalarına görə, layihənin investisiya dəyəri 1,7 milyard manat qiymətləndirilib. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7,5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır. Həmçinin ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir.

Müsbət iqtisadi və sosial təsirləri ilə yanaşı, burada hasil edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı olması, ölkəmizin okean sularına birbaşa çıxışının olmaması və digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də, layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq göstərilir. Bu xüsusda “AzerGold” QSC tərəfindən layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40
Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33
Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31
“Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29
"Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28
Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru