Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                 

Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi - ADAM HARNLAYIB RƏSMƏN...
Tarix: 6-03-2024, 15:26 | Çap et
Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi
Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə evləri onların razılığı olmadan sökülən vətəndaşlar Prezident İlham Əliyevə müraciət edib.
Sakinlər həmin müraciətlərinin Musavat.com-da dərc olunmasını xahiş edib.

Məktubda yazılıb:

Hörmətli Cənab Prezidentimiz!

Daxili, xarici, regional və qlobal siyasətlə intensiv məşğul olduğunuz gərgin, vaxtınızın az olduğu bir dövrdə Sizi narahat etdiyimizə görə öncə üzr istəyirik. Bizim haqlı şikayətlərimizə, müraciətlərimizə, mülklərimizin varvarcasına, cinayət yolu ilə dağıdılmasına, öz evimizdə yaşamaq hüquqlarımızın məhdudlaşdırılmasına son 2 il ərzində heç bir müvafiq dövlət orqanı, məmur reaksiya vermədiyi, problemimizi həll etmədiyi, "İnvest M. Construction” MMC adlı tikinti şirkətinin törətdiyi cinayət xarakterli əməllərinin qarşısı alınmadığı üçün Sizə müraciət etməyə vadar olduq.

"İnvest M. Construction” MMC 2 ildən çoxdur ki, paytaxtımızın Yaşıl vadi adlanan ərazisində (hansı ki, şirkət 2 ildə orada yaşıllıqdan əsər-əlamət qoymadı, yerlə yeksan etdi, 200-ə yaxın irigövdəli ağacları kəsib məhv edib) – Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə çoxsaylı ağır cinayətlər törətməklə - söküntü-tikinti, yanğın, arxitektur normalarını pozaraq, kommunikasiya sistemini məhv edərək, özbaşına söküntü işləri aparır, bunların yerində yeni binalar tikmək niyyətindədir.

Bizə, rəsmi müraciətlərimizə verilən cavablardan bəlli olub ki, tikinti şirkətinin bu ərazidə vətəndaşların mülklərinin sökülməsi və tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir rəsmi icazələri, razılıq sənədi yoxdur. Ancaq onlar 2 ildən artıqdır ki, bu ərazidə mülkiyyətçilər üzərində hər cür işgəncələr vermək üsulu ilə (mənzilləri, işıq, qaz, su, telefon, internet və kanalizasiya, kommunikasiya xətlərini cinayətkarcasına darmadağın etməklə) varvarlıq edirlər və söküntü işləri aparırlar. Bu isə faktiki olaraq cinayət xarakterli əməllərdir.

Dövlət qurumları şirkətin cinayət əməllərini "mülki iş" kimi əlaqələndirərək faktiki olaraq onlara bu cinayətləri kəskinləşdirməyə yardım edirlər.
BŞHİ-nin 18.12.2020 №274 Sərəncamı ilə bu ərazidə aparılan söküntü-tikinti işlərinə nəzarət Nəsimi Rayon İH-nın başçısı Asif Əsgərova tapşırılmışdır, o isə 2 il ərzində bu ərazidə başlarına min bir faciə törədilən mülkiyyətçilərin hüquqları ilə bağlı bir dəfə də olsun bu əraziyə gəlməmişdir.
Cənab Əsgərov vətəndaşların şikayətlərinə nəinki biganədir, başçının özü, Nəsimi rayonun hüquq-mühafizə orqanları bu ərazidə vətəndaşların üzərində aparılan cinayət poliqonuna "mülki iş" kimi yanaşaraq heç bir tədbir görmürlər.
Son 9 ayda mütəmadi olaraq qaz, işıq, su, telefon, kanalizasiya və digər kommunikasiya xətlərimiz gecələr tikinti şirkətinin qoçu və dələduzları tərəfindən darmadağın edilir. Cənab Asif Əsgərovun rəhbərliyi ilə rayon hüquq mühafizə orqanları‎ bu cinayətlərə biganədirlər və onların laqeydliyi təsdiqləyir ki, şirkətə qəyyumluq edirlər.
Dəhşətlisi odur ki, bizə qarşı şirkətin törətdiyi cinayət xarakterli əməllərə dövlət orqanları göz yumur, heç bir cəza tətbiq etmir, cinayət işlərinin açılması üçün iddia qaldırmırlar. Bizdə haqlı sual yaranır: Nə üçün hüquqi dövlətimizdə biz vətəndaşlara qarşı törədilən cinayətlərin qarşısını aidiyyəti qurumlar almır və nəticədə daha dəhşətli hallar baş verir? Bu halları qısa şəkildə diqqətə çatdırırıq:

- Bizim mənzillərimiz zorakılıq üsulları ilə dağıdılır, əmlakını qorumaq istəyən vətəndaşlar şirkətin qoçuları tərəfindən dəfələrlə döyülüb, fiziki təzyiqlərə, təhdidlərə məruz qalıb. Lakin açıq şəkildə törədilən bu ağır cinayətlərlə bağlı bütün müvafiq orqanlara – Ali Məhkəmə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə nazirliyi, BŞİH, Nəsimi rayon icra hakimiyyətinə müraciət etsək də, bütün səlahiyyətli orqanlar susur, məktublarımızı cavabsız qoyur, ya da formal olaraq çeynənmiş, bu "mülki işdir" deyə standart cavablar verirlər.
Nəsimi rayon Məhkəmə icraçıları cinayətkarlarla əlbir olub işbirliyinə girərək Məhkəmə qərarlarını icra etmirlər.
Nəsimi rayon İcra Şöbəsinin rəisi cənab Yavər Allahverdiyev və Nəsimi İcra və probasiya şöbəsinin icraçısı Murad Xudaverdiyevin tikinti şirkətinin cinayətkar dəstələri ilə bizə qarşı işbirliyinə girməsi onların əməllərində açıq-aydın təsdiqlənir. Cinayətkar dəstələr tərəfindən insan üçün zəruri olan işıq, qaz, su, telefon, internet, kanalizasiya, kommunikasiya xətlərimizin darmadağın edilməsinə, məhkəmə qərarlarına baxmayaraq M.Mirqasımov küç 4 ünvanından olan yolumuzun açılmamasına göz yumaraq şirkətin dələduzlarına yardımçı olmaları bizdə ikrah hissi doğurur.

- Bizim üçün çox qaranlıq və təəccüblü məqam ondan ibarətdir ki, bizə olan təqiblərə bütün dövlət qurumları laqeyd olmaqla bizim, mülkiyyətçilərin mənzillərinin işıq, qaz, su, telefon, internet, kanalizasiya ümumilikdə kommunikasiya xətlərinə cavabdeh olan dövlət agentlikləri; “Azərişıq” ASC-nin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri (düzdür onlar bizim zənglərimizlə əraziyə gəlir, kommunikasiya xətlərimizi bərpa etmək üçün səylər göstərirlər) lakin, tikinti şirkətinin hər gün bir neçə dəfə törətdikləri cinayət əməllərinə qarşı heç bir cinayət iddiası qaldırmırlar.
Biz iki ilə yaxındır işıq, qaz, su, telefon, internet haqqını ödəyirik. Mütəmadi olaraq şirkət qaz, su, işıq, telefon xətlərimizi qəsdən dağıdır, bizi kommunikasiyalardan məhrum edir. Mütəmadi olaraq hər gün “Azərsu”, “Azərişıq”, “Azəriqaz”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişik, lakin onlar şirkətin dövlət əmlakı olan kommunikasiya xətlərini dağıdıb cinayət xarakterli əməllər törətməsinə görə məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət edib onların cəzalandırılmasını tələb etmirlər. Hansı səbəbdən? Cinayətkarlara olan bu güzəştlər onları daha da ağır cinayətlər törətməyə sövq edir.

Cənab Prezident!

Bu qanunsuzluqları törədən keçmiş deputat, bir dəstə zorakı dəstəni başına toplayan tikinti maqnatı Əsabil Qasımova məxsus olan "İnvest M. Construction” heç bir hüquq tanımır, başımıza müsibətlər gətirir və dövlət qurumları da onların cinayətlərinə göz yumur.

Birmənalı şəkildə bildirir ki, ərazidə bizə qarşı baş verənlər, təkidlə təkrarlayırıq bu artıq "mülki iş" deyil, mülkiyyət və şəxsiyyət əleyhinə ağır cinayətdir.

Sizdən acizanə şəkildə xahiş edirik:

- Bizə qarşı çoxsaylı ağır cinayətlər törədən və törətməkdə davam edən şirkətin rəhbərliyinə qarşı cinayət işi başlanması, törətdikləri mülkiyyət və şəxsiyyət əleyhinə cinayətlərə görə hüquqi dövlət qarşısında cavab vermələrinin təmin olunması barədə müvafiq göstərişlər verəsiniz;

-Bugünədək bu ərazidə şirkətin törətdiyi ağır cinayətlər araşdırılmalı, müvafiq dövlət qurumları, Hüquq Mühafizə Orqanları, Respublika Baş Prokurorluğu, Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cinayət işlərinin başlaması və baş verənlərə göz yuman dövlət qurumlarının məmurlarının cəzalandırılmasını konstitusion hüquqlarımızdan istifadə edərək Sizdən xahiş edirik.

Cənab Prezident!

Yeganə xilaskarımız kimi, ümid yeri olaraq Sizi görürük. Ancaq Sizə inanırıq. Zorakı dəstənin qarşısını ancaq Siz ala bilərsiniz. Biz Sizə ümid bəsləyirik!

Öncədən minnətdarlığımızı bildiririk.

Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi
Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru