Zelenski Krıma görə 10 minlərlə insanı itirmək istəmir
Tarix: 21-11-2024, 11:13 |
Çap et
Ukrayna heç bir işğal edilmiş ərazini, xüsusən 2014-cü ildən bəri ələ keçirdiyi əraziləri Rusiyanınkı kimi tanımır və sülh sazişi çərçivəsində Krımı vermək fikrində deyil.
AzVision.az xəbər verir ki, belə bəyanatla çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski Krımın ciddi insan itkisi olmadan diplomatik yolla qaytarıla biləcəyini vurğulayıb.
“Mən artıq demişəm ki, biz Krımı diplomatik yollarla qaytarmağa hazırıq. Krımın geri qayıtması üçün on minlərlə insanımızı ölümə göndərə bilmərik. Amma biz başa düşürük ki, Krımı qaytarmaq olar”, - Ukrayna prezidenti bu məsələyə öz yanaşmasını açıqalyıb.