Ermənistan humanitar minalardan təmizləmə mütəxəssislərinin Hələbdəki fəaliyyətini müvəqqəti dayandırmaq və onların təcili evakuasiyası barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
“Son günlər Suriyanın bir sıra bölgələrində vəziyyət kəskinləşib, aktiv döyüş əməliyyatları başlayıb. Buna görə də 2019-cu ildən Hələb bölgəsində fəaliyyət göstərən Ermənistan humanitar minalardan təmizləmə mütəxəssisləri və tibb işçilərinin normal fəaliyyəti qeyri-mümkün olub", – deyə nazirliyin məlumatında bildirilir.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması ötən gün Hələb şəhərini ələ keçirib.