Azad Rəhimov barədə şok faktlar yayıldı - Azərbaycanlı nazir Fətullah Gülənin biznesini yönəldirmiş - İLGİNC
Tarix: 27-05-2014, 16:55 | Çap et
DİA.AZ: - Bir müddət əvvəl başlanılan «nurçu məmur» ovuna hələlik ara verilmiş kimi görünsə də, vəziyyət hər an dəyişə bilər. Bu haqda ayrı-ayrı xəbər portallarında da müxtəlif səpgili informasiyalar yayılmaqdadır. Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər etdikdən sonra Azərbaycan iqtidarına bir siyahı da buraxmışdı. Məhz həmin səfərin ardından Prezident Administrasiyasının şöbə müdiri postunu tutan Elnur Aslanov vəzifəsindən alındı. Ardından isə çox keçmədi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gənc rəhbəri Elşad İsgəndərov işdən çıxarıldı. Görükəni o idi ki, proses hələ bitməyib və sırada yeni məmurlar var.
Bu gün isə DİA.AZ tərəfindən daha bir maraqlı informasiya yayıldı. Məlumatımızda qeyd olunurdu ki, Bakıda Türkiyədən mühüm bir qonaq var idi. Məlumatı diqqətinizə təqdim edirik: «Hər halda, qardaş ölkənin daxili işlər naziri Əfqan Alanın Azərbaycan səfərini sıradan bir olay kimi qarşılamaq doğru olmazdı. Xüsusən də son aylarda həm Türkiyədə və həm də Azərbaycanda Fətullah Gülən camaatı ilə bağlı bəzi olayların gəlişdiyi bir ərəfədə.
Bununla bağlı hökumət daxilindən maraqlı məlumat daxil olub. Bilgili mənbənin verdiyi xəbərə görə, Türkiyənin DİN başçısı Azərbaycana əliboş gəlməyibmiş. Mənbənin söylədikləri: «Əfqan Alanın Bakı səfərini Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəlki səfərinin davamı kimi də dəyərləndirmək olar».
Mənbə iddia edir ki, Türkiyənin daxili işlər naziri rəsmi Bakının diqqətinə Ərdoğanın xahişlərini də çatdırıb: «Yenə də mövzu nurçu məmur mövzusudur. Ərdoğan birbaşa olaraq Fətullah Gülənə yaxın olan daha iki məmurumuzun görəvdən alınmasını xahiş edib və belə hesab edir ki, bununla da nurçulara böyük zərbə vurulmuş olacaq».
Mənbənin bildirdiyinə görə, Əfqan Ala eyni zamanda Azərbaycan ərazisində nurçulara aid olan gəlir yerlərinin də siyahısını rəsmi Bakıya təqdim edib və ümid edib ki, Azərbaycan tərəfi Fətullah Gülənin qazanc yerlərini də hədəfə alacaq.
Qeyd edək ki, rəsmi məlumatlarda Əfqan Alanın Bakı səfərinin Azərbaycanın daxili işlər nazirinin dəvəti ilə baş tutduğu bildirilib.
İndi isə DİA.AZ-ın əldə etdiyi son informasiyaları nəzərdə keçirək. Beləliklə, redaksiyamıza verilən xəbərə görə, həqiqətən də Türkiyənin daxili işlər naziri Azərbaycanda kifayət qədər «səmərəli» görüş keçirib. Məlumatı verən qaynaq bildirir ki, türkiyəli nazir bu dəfə daha samballı fiqurlardan birinin istefaya göndərilməsini Azərbaycan hakimiyyətindən xahiş edib. Hətta həmin SAMBALLI FİQURLA Türkiyə iqtidarına qarşı fəaliyyəti inkar olunmayan məşhur din adamı Fətullah Gülənin mübhəm əlaqələrini təsdiqləyən dəlillər də rəsmi Bakının diqqətinə çatdırılıb.
Mənbə dia-az.life-a bildirir ki, söhbət Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovdan gedir. Xatırladaq ki, Azad Rəhimovun adı buna qədər də nurçularla ortaq çəkilmişdi və hətta həmin ərəfədə iddia olunurdu ki, bu güni Azərbaycanda Fətullah Gülən cameəsinə aid olan sahibkarlarla çox ciddi biznes əlaqəsinə malik olan Azad Rəhimovu qeyri-rəsmi olaraq Fətullah Gülənin qara biznesinin yönəlticisi kimi də qəbul etmək olar.
Onu da xatırladaq ki, Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Yəni biznes sferası Azad Rəhimov üçün heç də yad olan bir sahə deyil və bu gün Azərbaycanın gənclər siyasətinə rəhbərlik edən bu şəxsin əlində böyük biznes şəbəkəsi var. Doğrudur, qanunlarımız hansısa məmurun bizneslə məşğul olmasını qadağan edir. Və bu qadağa yetərincə haqlı məqamlarla zəngindir. Yəni ehtimal olunur ki, məmurlar əllərindəki administrativ rıçaqlar hesabına öz bizneslərini inkişaf etdirə bilərlər. Bu səbəbdən məlum qadağa illərdir ki, tətbiq olunmaqdadır.
Amma Azad Rəhimov da digər əksər məmurlar kimi, məlum qadağanın yanından keçənlərdəndir. Qeyd edək ki, GİN şefinin biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb.
Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.
Araşdırmamıza elə nazirə məxsus “İtaldizayn” şirkətinə məxsus bir neçə mağazaya baş çəkməklə başladıq. Qeyd edək ki, bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin - de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.
Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində “İtaldizayn Group”un təklif və xidmətləri bazarda ən yaxşılardandır.
Azad Rəhimov nazir olduqdan sonra imkanlarından istifadə edərək holdinqə daxil olan şirkətlərin beynəlxalq sərgilərdə iştirakını təmin edib. Holdinqin “Mebel ticarəti sahəsində ilin ən yaxşı şirkəti” nominasiyasında “UĞUR” milli mükafatına, Parisdə Avropanın otuz aparıcı şirkəti sırasında “Keyfiyyətə görə” Avropa beynəlxalq mükafatına layiq görülməsi bunun əyani sübutudur. Hazırda holdinqin prezidenti Elçin Zeynalov olsa da, bütün haqq-hesabı nazirin köməkçisi Fuad Hadıyev aparır.
İndi isə aydın olur ki, Azad Rəhimovun bütüni bu uğurlarının MÖHTƏRƏM ŞƏRİKİ var imiş. Bu barədə danışan məlumatlı mənbənin iddialarına görə, GİN şefi hər zaman nurçu şəbəkəsinə aid şirkətlərlə partnyorluq etməklə yanaşı, həm də demək olar ki, özü də bu şəbəkənin ən parlaq nümayəndələrindən biri kimi fəaliyyət göstərib. Xəbəri verən mənbəyə görə, Azad Rəhimovu elə Fətullah Gülənin Azərbaycandakı obyektlərini işlədən bir fiqur kimi də xarakterizə etmək olar. Yəni adı Azad Rəhimova və onun çevrəsinə aid olsa da, əslində bütün bu biznes şəbəkəsi məhz Fətullah Gülənə aid olub.
«Bu və digər faktları - kifayət qədər ciddi dəlillərlə rəsmi Bakıya təqdim edən Türkiyənin daxili işlər naziri Azad Rəhimovun vəzifə başında qalmasının Fətullah Gülən cameəsinə rəsmi Bakının dəstəyi kimi qəbul olunacağını da ifadə edib» deyən məlumatlı mənbə bildirir ki, artıq bu səfər demək olar ki, Azad Rəhimovun kitabının bağlanmasında mühüm rol oynamış hesab olunur: «Yəni artıq işi bitmiş hesab etmək olar. Çünki bu səfər boyunca türkiyəli nazirə rəsmi Bakı yalnız səmimi reaksiyalar verib və Ərdoğanın xahişi də müsbət cavablandırılıb. Deməli, qısa müddət içində GİN şefi postunda dəyişikliyi müşahidə edə bilərik».
Xatırladaq ki, bir müddət əvvəl «nurçu məmur» ovunda əsas silahlardan biri kimi qəbul edilən ANS kanalı da Azad Rəhimovu ciddi şəkildə hədəfə almışdı. Yəni indi də anlaşılanı odur ki, Azad Rəhimovun ANS-in nişangahına çevrilməsi heç də təsadüfi deyilmiş. Yəni rəsmi Bakı da Azad Rəhimovla Fətullah Gülən cameəsinin hansı səviyyədə səmimi olmasından xəbərdar olub.
DİA.AZ xatırladır ki, əvvəlcə ANS televiziyası Hesablama Palatasının hesabatında Gənclər və İdman Nazirliyində korrupsiya əməllərinə dair faktların yer aldığı haqda məlumat verdi, dərhal sonra həm nazirlik, şəxsən nazir Azad Rəhimov, həm də Hesablama Palatası telekanalda yayılan xəbəri təkzib etdi. Nazir həmçinin ANS-i məhkəməyə verəcəyi ilə də hədələdi.
Telekanal isə yenidən mövzuya qayıdaraq xüsusi reportaj verdi və Gənclər və İdman Nazirliyi ilə bağlı korrupsiya faktlarını açıqladı. Bundan sonra isə A.Rəhimov bildirdi ki, ANS-i məhkəməyə verməyəcək. Nazirin fikrincə, ANS nazirlikdə korrupsiya faktının olması ilə bağlı səhvini başa düşüb: “ANS özü Hesablama Palatasını təkzib etdi. Özü-öz səhvini gördü və geriyə durdular. Bu baxımdan onların məhkəməyə verilməsi mənasızdır”.
Nazir daha sonra telekanalın olimpiya komplekslərinin tikintisində yol verdiyi yeyinti faktlarına dair araşdırmalarına aydınlıq gətirib. Bildirib ki, belə iddianın irəli sürülməsi qeyri-peşəkarlıqdır: “Biz belə şeylərə fikir vermirik”.
Yəni Azad Rəhimov əslində bu kampaniyanın arxasında hansı məqamların dayandığını yaxşı dərk etdiyindən rəsmən ANS kanalının qarşısından qaçırmış kimi bir təəssüratı belə yaratmaqdan çəkinmədi. Və cəmiyyətdə belə bir qənaət yarandı ki, Azad Rəhimov həqiqətən də telekanalın ittihamlarına uyğun olaraq ciddi korrupsiyaya uğrayıb. Amma nədənsə sonradan bu mövzunun üzərinə çox gəlinmədi.
Bu gün isə vəziyyət kifayət qədər dəyişib və ANS kanalının, habelə digər KİV-lərin artıq Azad Rəhimovla bağlı daha ciddi faktları təkrarən dövriyyəyə buraxması da gözləniləndir. Onunla bağlı danışan məlumatlı mənbə «Gündəm Xəbər» qəzetinə bildirir ki, Azad Rəhimova qarşı konkret faktlar hələ bir neçə ay əvvəldən toplanılıb: «Bunun özü də təsdiqləyir ki, hakimiyyət nurçu məmurlara qarşı tədbirlərə xüsusi olaraq hazırlaşıb və burada Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin çıxışının təsadüfi rol oynamasından söhbət belə gedə bilməz».
Redaksiyamıza daxil olan informasiyalarda Azad Rəhimovun nə zaman görəvdən alına billəcəyi haqda müəyyən ehtimallar da var. Bildirilənə görə, Azərbaycan hakimiyyəti Azad Rəhimovla sentyabr ayına qədər vidalaşa bilər: «Amma burada bir məqam da var. Əsas olanı həm də Ankaranın razı salınmasıdır. Azərbaycan hakimiyyəti ilə rəsmi Ankaranın münasibətləri bir başqadır. Bu gün rəsmi Bakı Türkiyə iqtidarına tam olaraq dəstək verir və bu barədə İlham Əliyevlə Ərdoğanın Bakı görüşündə də çox ciddi qərarlar verilib. Elə buna görə də Azad Rəhimovun gedişi daha da erkən baş tuta bilər. Sadəcə olaraq, bunun üçün bir qədər gözləmək lazımdır».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|