Gədəbəydə üsuli-cədid: Başçı belə qisas alır... - Narazı sahibkarlar hədələnir
Tarix: 13-05-2015, 12:33 | Çap et
Gədəbəy rayonundan aldığımız yeni məlumatlarda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun ondan şikayətçi düşmüş vətəndaşları və onların ailə üzvlərini məruz qoyduğu təqiblərin növbəti mərhələsindən xəbər verilir. Bu məlumatlardan birinə əsasən may ayının 1-də Gədəbəy şəhər 1 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Jalə Səfərova qeyri-qanuni olaraq işdən azad edilmişdir. Məlumatda bildirilir ki, Jalə Səfərova dörd uşaq anasıdır. Övladlarının biri hal-hazırda tələbədir. Ailənin bir oğlu isə hərbi xidmətdədir. Jalə xanımın digər iki övladı isə azyaşlı uşaqlardır. Əslində ananın işdən qovulmasında da məhz bu iki azyaşlı uşağın xəstəlikləri bəhanə rolunu oynayıb. Belə ki, uşaqların xəstələnməsi ilə bağlı keçirdiyi həyəcan və stress səbəbindən bir müddət əvvəl Jalə Səfərovanın öz səhhətində də müəyyən kiçik problemlər yaranıb. Buna görə də poliklinikada xəstəlik vərəqəsi (bülleten) açdıran ana həm özünün, həm də uşaqlarının müalicəsi ilə məşğul olmaq qərarına gəlib. Lakin may ayının 1-də məktəbin direktoru Sevda Musayeva Jalə Səfərovanı daxili əmrlə işdən azad edib. Halbuki, bülletendə olan əməkdaşın işdən çıxarılması tamamilə qanuna zidd bir əməldir. Bəs görəsən Sevda xanımı belə bir addım atmağa hansı amillər vadar edib? Məsələ bundadır ki, Jalə Səfərova Vaqif Səfərovun gəlinidir. Bəli, Ramiz Yediyarovun qanunsuz olaraq torpağını əlindən aldığı məhz həmin Vaqif Səfərovun. Bu xüsusda bir müddət əvvəl redaksiyamıza müraciət etmiş Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızı öz məktubunda sahibkar Oktay Qara oğlunun və onun kimi Gədəbəy şəhərindəki yeni açılmış Ticarət Mərkəzinə zorla yerləşdirilən digər sahibkarların da üzləşdikləri problemin kökündə, ilk növbədə onun həyat yoldaşı Vaqif Səfərova qarşı törədilmiş hüquq pozuntusunun durduğunu bildirmişdi. Aybəniz xanımın məktubunda deyilirdi ki, Ramiz Yediyarovun zəbt edərək Ticarət Mərkəzi inşa etdirdiyi torpaq sahəsi Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 1998-ci il 143 №-li sərəncamı ilə Səfərov Vaqif Qara oğlunun adına verilmişdir. Bundan sonra Aybəniz xanım Oktay Qara oğlunun həmin ticarət mərkəzinə köçməkdən imtina etməsini təqdir edərək, digər sahibkarlara da bu cür qərar verməyi tövsiyyə etmişdi. Təbii ki, bütün bu haqlı şikayətlər başçının diqqətindən kənarda qalmamışdır. Buna görə də Jalə Səfərova məhz başçının göstərişi ilə Sevda Musayeva tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. Yeri gəlmişkən, Gədəbəydən aldığımız digər bir məlumat da sahibkar Oktay Qara oğlu ilə bağlıdır. Belə ki, ötən həftənin cümə günü öz probleminin həlli xüsusunda növbəti dəfə RİH-nə üz tutan sahibkar bu dəfə hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov tərəfindən qəbul edilmişdir. Artıq dəfələrlə xəbər verildiyi kimi Oktay Qara oğlu Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, TM-nə köçmək təklif olunmuşdur. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, onun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdir. Məhz bu xüsusda sahibkar artıq uzun müddətdir ki, müxtəlif instansiyalara müraciət edərək problemin qanuni həllini tələb edir. Gədəbəy RİH-də baş tutmuş son görüşdə isə Zülfüqar İsgəndərov Oktay Qara oğlunu növbəti yalanla öz haqqını tələb etməkdən çəkindirməyə cəhd göstərmişdir. Məlum olduğu kimi Gədəbəydə Ramiz Yediyarovun özbaşınalıqlarından ən çox maddi və mənəvi ziyan çəkmiş sahibkarlardan biri də Əliyev Oktay İbrahim oğludur. Belə ki, təxminən üç il bundan əvvəl Gədəbəy rayon sakini, sahibkar Oktay Əliyev rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı. Qeyd olunduğu kimi həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin 2014-cü ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gəlirlər. Bu şəxslər heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə yüz min manat ziyan dəyir. Bu mövzu artıq uzun müddətdir ki, ölkə mətbuatında, o cümlədən bizim qəzetdə ətraflı işıqlandırıldığından, məsələnin təfərrüatlarını təkrarlamaq istəmirik. Lakin Zülfüqar İsgəndərov Oktay Qara oğlunu qəbul etdiyi zaman, məhz bu məsələyə toxunaraq sahibkara bəyan etmişdir ki, guya Oktay Əliyevin atası bu yaxınlarda Ramiz Yediyarovla görüşərək onunla hansısa razılığa gəlmişdir. Bundan sonra Gədəbəy RİH-nin baş hüquqşünası Oktay Qara oğluna bildirmişdir ki, onun da başçı ilə “anlaşmaq” zamanı çatmışdır. Biz isə tam məsuliyyətlə bəyan edirik ki, Oktay Əliyevin nə atası, nə özü, nə də hər hansı bir digər ailə üzvü Ramiz Yediyarovla heç bir razılığa gəlməmişdir və bu barədə heç bir söhbət də ola bilməz. Mövcud problemin həlli isə yalnız və yalnız Ramiz Yediyarov tərəfindən Oktay Əliyevə və onun kimi Gədəbəyin hüquqları pozulmuş bütün iş adamlarına dəyən maddi və mənəvi ziyanın tam ödənilməsi yolu ilə əldə oluna bilər. \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|