«Miri Qəmbərov idarəmizə aid torpaq sahəsini sata-sata gəlib, indi də bizi buradan qovmaq istəyir…» - Deputata qarşı ittiham
Tarix: 23-06-2015, 14:53 | Çap et
«Azkontrakt» Səhmdar Cəmiyyəti ilə «Azərmetal» Topdansatış Ticarət Birliyinin kollektivi arasında qarşıdurma pik həddə çatıb… Belə ki, neçə gün əvvəl Birliyin baş direktoru Şahin Abbasovun adından redaksiyamıza bir şikayət məktubu daxil oldu. Ş.Abbasov Prezident İlham Əliyevə, surəti «Təzadlar»a ünvanlı ərizəsində bildirirdi ki, Miri Qəmbərov onu qərəzli və heç bir səbəb olmadan, qanunvericiliyin bütün tələblərini kobud surətdə pozaraq işdən azad edib…
«Təzadlar» Miri Qəmbərova rəsmi sorğu göndərdi…
Ş.Abbasov redaksiyamıza göndərdiyi ərizəsinə bir qovluq sənədləri də əlavə etmişdi… Bu barədə az sonra geniş bəhs ediləcək. Hələlik isə bir vacib məqam barədə. M.Qəmbərovun Baş direktoru işdən çıxarma əmrində qeyd olunurdu ki, Ş.Abbasov idarənin fasadındakı süni üzlüyün bir günün içində, təcili olaraq sökülməsi barədə tapşırığından qəti imtina edib… Amma Baş direktorun bizə təqdim etdiyi, hətta mayın 29 və 30-na, iyunun 2-də çəkilmiş foto şəkillər, video görüntülər əksini sübut edirdi-ərazidə işlər sürətlə davam etdirilib… Bəs nə baş verirdi? Nədən araya belə bir münaqişə düşüb? Redaksiya olaraq məsələyə aydınlıq gətirilməsi üçün 16.06.2015-ci il tarixli, T-38-/15 saylı məktubla Miri Qəmbərova rəsmi sorğu göndərdi… Sorğuda Ş.Abbasovun işdən çıxarılma əmrinə dair xidməti məktubun surəti istənilirdi: ««Azkontrakt» DövlətKorporasiyasının prezidenti cənab M.Qəmbərova! Çox hörmətli Miri müəllim! Redaksiyamıza tabeliyinizdə olan «Azərmetal» Topdansatış Ticarət Birliyinin direktoru Abbasov Şahin Bəiş oğlunun adından daxil olmuş şikayət məktubunda onun Sizin 08.06.2015-ci il tarixli, 2-zi saylı əmrinizlə (əsas 06.06.2015-ci il tarixli xidməti məktub) əsassız və qanunsuz olaraq işdən azad etməyiniz bildirilir. Həmin şikayətin araşdırılması və çapa hazırlanmasından ötrü «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq bu əmrin istinad olunduğu Xidməti məktubun surətinin redaksiyamıza göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik». M.Qəmbərov 18 iyun 2015-ci ildə, 01-S-49 saylı məktubu ilə sorğuya rəsmi cavab göndərildi. Qısaca olaraq deyək ki, cavabda bildirilirdi ki, «…Ş.Abbasov ona tapşırılan işin mahiyyətini dərk etməmiş və onun icrasını yerinə yetirməkdən qəti şəkildə imtina etmişdir…». Sonra əməkdaşımız «Azərmetal» Topdansatış Ticarət Birliyində olmuş, kollektivlə görüşmüş, görülmüş işlərlə tanış olmuş, hətta burada olan Nizami RİH-nin nümayəndələri ilə görüşmüş, bu işlə bağlı əlaqəli olan digər dövlət qurumlarının rəsmiləri ilə əlaqə saxlamış, foto və video çəkilişlər etmişdir… Bütün bunlar yazının davamında təqdim ediləcək. Bir sözlə, obyektivlik naminə deyək ki, əməkdaşımız adı çəkilən Birliyin rəhbərliyinin üzərinə düşən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirdiyinin şahidi olmuşdur. Foto və videolardan görünür ki, əgər Ş.Abbasov bu işlərin icrasından qəti imtina etmişdisə, bəs bu işləri kim yerinə yetirmişdir? Üstəlik, mayın son və iyunun ilk günlərində burada aparılan təmir-bərpa işlərinin gedişini əks etdirən fotoldarda baş direktorun da görüntüləri var. İşdən imtina edən burada nə gəzirmiş?
Baş direktor Prezidentə müraciət etdi…
Məsələ ilə bağlı «Azərmetal» Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasova da müraciət etdik. Onun geniş müsahibəsindən qısa məqamlar: -Miri Qəmbərovun kollektivimizə qarşı kin və qərəzinin, sonda münaqişənin kökü ordan başlayır ki, idarənin 12,75 ha torpaq sahəsinin illər əvvəldən başlayaraq Miri Qəmbərov və onun qanunsuz təyin olunmuş köməkçisi-müavini Güləddin Dadaşov tərəfindən satılmasına etirazlar etmişik. Amma Miri Qəmbərov bildiyini edib, bu torpaq sahələrini sata-sata gəlib bu günümüzə kimi… Bizim kollektivin ciddi etirazlarına baxmaayaraq Miri Qəmbərov vəzifəsindən sui-istifadə edərək və «Özəlləşmə haqqında» Az. Res. Qanunun tələblərini kobud surətdə pozaraq həmin torpaqları ayrı-ayrı şəxslərə və müəssisələrə satıb. Hansı ki, onların bu kollektivə heç bir aidiyyəti olmayıb. Həmin torpaqların necə və neçəyə satılmasını Miri Qəmbərov və onun müavini Güləddin Dadaşov yaxşı bilir… Kollektiv etirazlarımız müxtəlif vaxtlarda ölkə KİV-lərində işıqlandırılıb… Yəqinki bu barədə Baş Prokurorluğa və digər orqanlara şikayətlərimizdə ətraflı bildirəcəyik. Biz Miri Qəmbərovun həmin torpaqları necə satması barədə etirazımızı həmin dövrlərdə müxtəlif idarələrə yazdığımız şikayətlərdə bildirmişik. Budur, Miri Qəmbərov 30 may 2013-cü ildə sonuncu dəfə 01-S-54 saylı məktubu ilə Az. Res. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova yazdığı müraciət-məktubunda bu torpaq sahələrinin necə satılmasını etiraf edib… Sonuncu dəfə, elə həmin tarixli məktubda kollektivimizə həmin 12,75 ha torpaq sahəsindən qalmış vur-tut 0,85 ha torpağın da müştərisi tapılmışdı, lakin «bıçaq sümüyə» dirəndiyindən qəti etiraz etdik, cənab Prezidentə bu barədə teleqram vurduq. Bununla da Miri Qəmbərovun sonuncu torpaq satma cəhdinin qarşısı alındı, sonra isə bu torpağı alan müştərisi ərazinin mübahisəli olduğunu, kollektivin maraqlarının gözlənilmədiyini görərək almaqdan imtina etdi. Amma Miri Qəmbərov və onun müavini Güləddin Dadaşov bərk əsəbləşdilər ki, axı niyə həmin torpağın satılmasına mane olduq? Odur ki, düşünüb baş sındırdılar, amma bir çıxış yolu tapa bilmirdilər… Nəhayət, süni üzlük məsələsi ortaya çıxdı, bəhanə tapdılar ki, guya mən həmin tapşırığı yerinə yetirməkdən qəti imtina etmişəm. Miri Qəmbərovun idarəyə yazdığı 2 məktubunu sizə təqdim edirəm. 27 may 2015-ci il tarixli, 01-S-46 saylı məktubunda yazır ki, «Süni üzlüklərin gün ərzində tikililərin üzərindən sökülməsi və standartlara uyğun şəkildə bərpasını» təmin edək. Aradan bir neçə gün sonra Miri Qəmbərov ikinci bir məktub yazır. 3 iyun 2015-ci il tarixli, 01-S-47 saylı. Yazır ki, «… üzlüklərin sökülməsi barədə göstəriş sizin tərəfinizdən bu günə kimi icra olunmayıb» və sonra mənə qarşı sərt tədbir görüləcəyi barədə hədələyici ifadələr işlədilir. Mən sizə iyunun 1-də çəkilmiş foto-şəkilləri, video kadrları təqdim edirəm, açıq-aydın görünür ki, biz həmin işlərə çoxdan başlamışıq və davam etdirilir. İyunun 3-də isə artıq əsas işi başa çatdırmışdıq… İkincisi, bu işlərə nəzarət ərazi üzrə Nizami rayon İcra Hakimiyyəti tərəfindən edilir. Nizami RİH başçısı cənab Tahir Budaqov, onun müavini İldırım Mehdiyev, RİH-nin şöbə müdiri Rəşad Hüseynov, həmçinin Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsi hörmətli Arif Novruzov işlərin gedişinə daim nəzarət ediblər, necə çalışdığımızı görüblər. Biz bir yerdə olmuşuq, işlərin gedişini izləmiş, sonda uğurla başa çatdırmışıq… Elə isə necə oldu ki, bu qədər hörmətli və məsul şəxslər görülən işləri görüblər, alqışlayıblar, amma Miri Qəmbərovla onun gülməli işlərlə məşğul olan müavini Güləddin Dadaşov «görməyib»??? Yəqin bilirsiniz ki, Güləddin Dadaşovun məlum hərəkətindən sonra kollektiv geniş iclas çağıraraq Akt tərtib edib, hansı ki, surəti Sizə də göndərilib… \\tezadlar.az\\ (Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|