Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mirzəcan Xəlilov üçün seçiciləri axtarış elan etdi...

Mirzəcan Xəlilov üçün seçiciləri axtarış elan etdi...


8-03-2016, 15:53
Mirzəcan Xəlilov üçün seçiciləri axtarış elan etdi...
DİA.AZ: - Sosial şəbəkələrdə Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən deputat seçilmiş Mirzəcan Xəlilov barəsində seçiciləri tərəfindən maraqlı "axtarış elanı" verilib. DİA.AZ olaraq həmin elanın mətnini təqdim edirik:

"Fotoda gördüyünüz bu şəxs Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən mandat "qazanmış" Mirzəcan Xəlilovdur. Uzun illrin seçki mübarizəsindən sonra, nəhayət ki, 2015-ci il növbəti parlament seçkilərində ""bəxti" üzünə güldü.....! Bu şəxsin üzü gülsə də seçiciləri ağlar günə qalıb. Seçiciləri ilə görüşündə populist vədlər verməsinə baxmayaraq, hal-hazırda seçicilərin gözünə görünmür.

Məhəllə sakinləri görənlərdən Mirzəcan Xəlilovun axtarılaraq tapılmasında yardımçı olmalarını xahiş edirlər. Bu şəxsi sonuncu dəfə boya-başa çatdığı Sabirabad rayon ərazisində görüblər. Onun növbəti görüntüsü, Bakı-Quba yolunun 130-cu kilometrliyində olub. Məlumat verən şəxsin anonimliyinə zəmanət verilir".

dia-az.site bildirir ki, həqiqətən də Mirzəcan Xəlilov parlament seçkilərindən sonra bir dəfə də olsun 41 saylı 1-ci seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirməyib. Yəqin bua görədir ki, artı səbri tükənmiş seçicilər də deputatlarını "facebook" elanları vasitəsilə tapmaq fikrinə düşüblər...

Hörmətli deputatın da fikirlərini dia-az.site olaraq işıqlandırmağa hazırıq...

Geri qayıt