Əsas Səhifə > Güney Press, Şou-biznes > “Mariya ilə aramızda intim münasibətlər... ”

“Mariya ilə aramızda intim münasibətlər... ”


3-11-2016, 10:15
“Mariya ilə aramızda intim münasibətlər... ”
“Mariya ilə aramızda intim münasibətlər olmayıb”.

Bunu AzNews.az-a açıqlamasında kinoşünas, rejissor Ayaz Salayev bildirib.

A.Salayev Mariya Lipkinanın onun ürəyində dərin iz qoyduğunu deyib: “Mən bu rola Azərbaycandan çox aktrisa dəvət etdim. Amma heç kəs razı olmadı. Məcbur olub aktrisanı Moskvada axtardım. Mən Mariyanın jurnalda hansısa filmdə yaratdığı obrazda şəklini gördüm. Onda anladım ki, qəhrəmanım budur. Sağ olsun, tərəddüd etmədən razı oldu, bütün film boyu obrazına peşəkarcasına yanaşdı. Mən o vaxtdan onu görməmişəm. Amma Mariya ürəyimdə həmişəlik olaraq qalıb. O, mənim ilham pərimdi. Həmişə onu düşünürəm. Aramızda heç nə olmayıb. “Yarasa”nın bəzəyi idi”.

A.Salayev Mariya xanım ilə bu gün də əlaqələrinin olduğunu qeyd edib: “Mariya mənə boş vaxtlarında “Yarasa”ya ləzətlə baxdığını deyir. “Yarasa”dan sonra heç bir filmə dəvət almayıb. Ümumiyyətlə, “Yarasa”dan sonra heç bir filmə çəkilməyib. Mariya bir neçə dili mükəmməl bilirdi. Çox istedadlı qız idi. Nişanlısı alman idi, qəzada öldü. Filmdə ən gözəl xarakter onda idi. Hamı məni incidirdi, o, isə mənə dəstək verirdi. Onun sənətinə vurğunluğu var idi. Kamera qarşısında sənət onun üçün birinci idi. Düşünməzdi ki, kimsə onu qınaq obyektinə çevirər. Aktrisa belə olmalıdır. Onun bu filmdəki rolunu Azərbaycanda heç bir aktrisa oynaya bilməzdi”.

Xatırladaq ki, rusiyalı aktrisa Mariya Lipkina saytımıza müsahibə verib. Aktrisa müsahibədə “Yarasa” filmi çəkilən ərəfədə Ayaz Salayevlə barələrində gəzən şayiələrə aydınlıq gətirib.

Geri qayıt