Əsas Səhifə > Güney Press, Şou-biznes > "Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim"
"Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim"21-01-2017, 09:22 |
ANS-ın keçmiş aparıcısı Amil Hacıyev ölkədən gedir. Axşam.az-ın məlumatına görə, o, ölkədən gedəcəyi haqqında məlumatı öz facebook hesabında paylaşıb. Amil yazıb: "Mən Gürcüstan vətəndaşıyam. Artıq 33 yaşım var. Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim. Məqsədim bundan sonra siyasətə qoşulub, 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir. Allah hamımızın yar və yardımçısı olsun. P.S. Tam səmimi deyim. Bakı artıq mənə o qədər doğma gəlmir. İlk dəfə idi ki, 25 il yaşadığım şəhərdə darıxır və sıxılırdım. Borçalıma gedirəm. O saf havalı, sulu torpağa...". Qeyd edək ki, Amil ANS-də televiziyanın idman xəbərləri departamentinin rəisi vəzifəsində çalışıb. Geri qayıt |