Əsas Səhifə > Güney Press, Şou-biznes > Niyam Səidəylə münasibətindən danışdı:
Niyam Səidəylə münasibətindən danışdı:9-02-2017, 09:51 |
Müğənni Niyam Salami və həmkarı Səidə Sultan Lent.az-ın canlı yayımında qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçılar müsahibələrində bir çox məqamlardan söhbət açıblar: - Birgə duet ifa etdiniz, birmənalı qarşılanmadı... - Səidə Sultan: Bizdə birmənalı qarşılanmayan nəsə var ki? Hər şeyə bir qulp tapılır. - Duet təklifi kimdən gəldi? - Niyam Salami: Bilirsiniz, dost başqa şeydir. Gəlin bu dostluğu heç nəyə qarışdırmayaq. Nə sənətə, nə də başqa bir şeyə. Dost tam başqa bir şeydir. Hər zaman bir səhv eləyib demişəm ki, qadınla kişinin dostluğu tutmaz. Yəni hansı tərəfə fırlatsan, sevgiyə çıxır. Sonra gördüm ki, belə deyil. Səidəyə duet təklifini ilk olaraq mən etdim. - Səidə Sultan: Yəni biz gözləmirik ki, müğənniyik, rəqabətimiz olsun. Bizim aramızda o söhbət olmayacaq. Heç istəmərəm də olsun. Niyamdan qabaq kişi müğənni dostum olub. Sonra gördüm ki, o, mənimlə rəqabət aparır. Amma ona başa sala bilmədim ki, mən ayrı, sən ayrı. - Niyam Salami: “Yəni aramızda olmur ki, deyək ki, filan yerə getdin, niyə mənə demədin? Yəni biz Təranə Qumral və Musa Musayev deyilik ki, ər-arvad hər yerə birlikdə gedək. Adicə geyim dükanına gedəndə də Səidə üçün nəsə almağı fikirləşirəm”. - Həmkarlarınızın bir çoxu iddia edir ki, müğənni ilə müğənninin dostluğu tutmaz. - Səidə Sultan: O sözü dostluğu bacarmayan müğənnilər deyir. - Niyam Salami: Çoxu paxıldı, özün tanımır. Onu deyən adamlar fikirləşmir ki, sonları ölümdür. Amma mən bilirəm. Bilirəm ki, hamı öləcək. Ona görə də belə rəqabəti niyə edim ki?! Biz insanıq, insana sevgi lazımdır. Geri qayıt |