Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçılarının diplomları nədən araşdırılmır?

İcra başçılarının diplomları nədən araşdırılmır?


29-03-2017, 12:06
İcra başçılarının diplomları nədən araşdırılmır?
DİA.AZ: - Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun həyat yolu ilə bağlı saytlarda maraqlı iddialar yayılıb. DİA.AZ bildirir ki, keçmişdə boksla məşğul olan S.Mikayılov icra başçısı olana qədər ancaq biznes fəaliyyəti ilə məşğul olub və birdən-birə icra başçısı təyin edilib.

Mənbənin iddiasına görə, maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. "Hər halda əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərbənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı tərcümeyi-halına hətta bir zamanlar elmlər namizədi adı da yazdırmaq istəyib. Lakin onun bu arzusu hələ də gerçəkləşməyib...".

Digər saytlarda da tirajlanan bu iddialarla bağlı qarşı tərəfdən mövqe öyrənmək cəhdimiz alınmadı. S.Mikayılovu da dinləməyə hazırıq.

dia-az.life onu da vrğulayır ki, bu vaxta qədər bir neçə icra başçısının diplomunun saxta olması ilə bağlı iddialar səsələndirilib. Hər halda nazir postuna təyin olunduğu ilk günlərdən həyata keçirdiyi islahatları ilə diqqətə gələn hörmətli Mikayıl Cabbarovun bu faktı araşdırmasına, bu barədə göstəriş verməsinə ciddi ehtiyac var.

Mövzu diqqətimizdədir.

Geri qayıt