Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Görün bir, nə yeyirik...

Görün bir, nə yeyirik...


10-04-2017, 13:15
Görün bir, nə yeyirik...
"SAB” şirkəti kəsmiklərə kraxmal və palma yağı vurur.

BakiPost.az xəbər verir ki, belə bir iddia ilə Şamxal Məhərəmmov adlı Facebook istifadəçisi çıxış edib. O, "Şikayətim var” qrupunda etidiyi paylaşımda "SAB” kəsmikləri istehlak edənlərə xəbərdarlıq edib: "Məqsədim şikayətdən daha çox, bilməyənləri xəbərdar etməkdir. Xəbərdarlığım "SAB" kəsmiklərindən istifadə edənlərədir. Qiyməti də digər kəsmiklərdən 70-80% bahadır.

1.85 - 1.90 manatdır. Çox adam qiymətinə görə daha keyfiyyətlidir deyib alır adətən. Amma tərkibinə diqqət etsək nə görərik ? Cəmi 11 faizi zülaldır. Kəsmikdə yağlılıq az olduqca məntiqlə kütlənin zülal hissəsi əksinə, daha da artmalıdır. Keyfiyyətli kəsmiklərin zülal faizi ən az halda 18-19 olur. 11 qram zülal artıq şübhə doğurur ki, tərkibin əsas kütləsi nəsə başqa bir şeydir.

Məhsulun üzərində tərkibi qeyd olunub. Əslində qismən etiraf edirlər ki, tərkibində təbii süddən əsər-əlamət yoxdur. Cümləyə fikir verin: "Üzsüz təbii süd və ya üzsüz quru süd". Bu nə deməkdir ? Yəni ki, hətta cəmi 1 faizi təbii süd olsa da haqlıdırlar adamlar. Axı "və ya" yazıblar?!

Bəs qalan kütləni nə ilə doldururlar ? Adətən bu tip süni kəsmiklərə kraxmal qatılır. Yuxarıda qismən yazanda əslində bunu gizlətdiklərini nəzərdə tuturdum”, - deyə Ş.Məhərrəmov bildirib.

Görün bir, nə yeyirik...

Onun sözlərinə görə, bunu yoxlamaq üçün sadə yod bəs edir: "Əgər yod əlavə etdikdə rəng daha tündləşərsə (tünd göy, tünd yaşıl) demək ki, tərkibində kraxmal mövcuddur. Hər kəs asanlıqla evdə yoxlaya bilər.

Bundan başqa, digər göstərici isə kəsmik nə qədər hamar və tək formalıdırsa bir o qədər şübhəlidir. Normalda kəsmik dənəvər şəkilli olmalıdır. Tam bir kütlə kimi ola bilməz. Bu da kraxmal və palma yağlarının mövcudluğuna işarədir.

Nə kimyaçıyam, nə hüquqşünas. Adi bir vətəndaş kimi yaxşılıq etmək istədim. Heç kimin də çörəyinə bais olmaq istəmirəm.

Kimin ağız dadına kraxmallı kəsmik uyğundursa yeməyə davam eləsin. Amma nəzərə alın ki, kraxmal kalorini dəfələrlə artırır və qlikemik indeksi də həmçinin. Qısası dietik sayılmır”.

Görün bir, nə yeyirik...
Geri qayıt