Əsas Səhifə > Güney Press, Şou-biznes > Azərbaycanlı parodiyaçı plastik əməliyyata hazırlaşır?

Azərbaycanlı parodiyaçı plastik əməliyyata hazırlaşır?


6-09-2017, 16:33
Azərbaycanlı parodiyaçı plastik əməliyyata hazırlaşır?
DİA.AZ: - Azərbaycanın populyar parodiyaçı Ceyhun Məmmədov sabah əməliyyata hazırlaşır.

DİA.AZ-ın məlumatına görə, bu barədə parodiyaçının özü məlumat verib.

Xalq artisti Aygün Kazımovanın “Tez gəl” adlı klipini izləyiciləri ilə bölüşən Ceyhun bu sözləri yazıb: "Sabah bəlkə də həyatımda ən qorxduğum və ən məsuliyyətli günümdür. İllər boyu arzuladığım və qorxduğum əməliyyata girirəm. 3 əməliyyat bir anda olacaq. Allah özü köməyim olsun. Çox qorxuram və həyəcanlıyam.

Amma o hisslərə qalib gələrək bu riskli addımı atacam. Allahın köməyi ilə, inşallah hər şey yaxşı olacaq. Yaraşıqlı olmaq üçün o ağrıya, o əziyyətə dözməyə dəyər”.

Qeyd edək, parodiyaçı nədən əməliyyat olunacağı haqda məlumat verməyib.

Geri qayıt