Əsas Səhifə > Güney Press, Reklam > Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir
Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir12-09-2017, 16:33 |
Azercell Telekom tərəfindən ölkəmizdə idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə dair çoxlu sayda müxtəlif layihələrin keçirilməsi hamıya məlumdur. Bu dəfə isə, şirkət öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış etdi. Belə ki, lider mobil operator Azercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 1\4 final, yarımfinal və final oyunlarından ibarət olacaq. Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19.00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək. Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir. Qeyd edək ki, Azercell fəaliyyəti boyunca həm cəmiyyətimizin müxtəlif yaş, peşə və sağlamlıq kateqoriyalarından olan insanlar, həm də öz əməkdaşları arasında dəfələrlə bu cür sosial təşəbbüslərə imza atıb. Şirkət əməkdaşları bir çox hallarda müxtəlif rəsmi və biznes strukturların təşkil etdiyi futbol yarışmalarında qalib olub. Təsadüfi deyil ki, ölkəmizdə idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin hər zaman yanında olan şirkət sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu - 2017” layihəsinin də eksklüziv tərəfdaşıdır. Şirkət Azercell Kuboku uğrunda keçirilən I Futbol Turnirində göstərdiyi dəstəyə görə Xəzər Televiziyası və Coca-Cola şirkətinə xüsusi təşəkkürünü bildirir, iştirak edən bütün komandalara uğurlar diləyir və bu turnir nəticəsində komandaları təmsil edən şirkətlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə ümid edir! Geri qayıt |