Əsas Səhifə > Güney Press, Reklam > “Nar”ın dəstək olduğu “Brain Ring” yarışlarının builki qalibi “Sumqayıt” komandası olub

“Nar”ın dəstək olduğu “Brain Ring” yarışlarının builki qalibi “Sumqayıt” komandası olub


19-01-2018, 18:14
“Nar”ın dəstək olduğu “Brain Ring” yarışlarının builki qalibi “Sumqayıt” komandası olub
DİA.AZ: - “Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 9 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparırdı.

DİA.AZ xəbər verir ki, “Brain Ring” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Sumqayıt” komandası oldu. İlin son “Brain Ring” qarşılaşmasında 2017-ci ilin ilk yarısının qalibi olmuş “İçərişəhər” komandasını da məğlub edən “Sumqayıt” komandası həm də 2017-ci ilin “Brain Ring” çempionu adına layiq görüldü.

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.

Geri qayıt