Əsas Səhifə > Güney Press, Reklam > Cəlilabadda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi

Cəlilabadda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi


18-04-2018, 14:57
Cəlilabadda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi
DİA.AZ: - Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" təklif etdiyi xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir.

Şirkətdən DİA.AZ-a verilən məlumata görə, bu fəaliyyətin davamı olaraq Cəlilabadın mərkəzində, Qurtuluş küçəsi 70 ünvanında tam olaraq yenilənmiş diler mağazası və xidmət mərkəzi (BakcellİM) istifadəyə verilib.

Tam yeni konsepsiya əsasında qurulmuş müasir Satış və Müştəri Xidməti mərkəzində şirkətin məhsul və xidmətlərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Cəlilabad sakinləri yenilənmiş satış və xidmət mərkəzində “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı əldə edə bilərlər.

“Bakcell”in innovativ və ən müasir məhsul və xidmətlərini Bakı sakinləri ilə yanaşı Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərə daha əlçatan etmək üçün çalışırıq. Bu regionlar sırasında Cəlilabad xüsusi yerə malikdir və burada şirkətimizin fəaliyyətinin genişləndirilməsi üçün biz əlimizdən gələni edirik”, - deyə "Bakcell" şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.

"Bakcell" şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirir.

Geri qayıt