Əsas Səhifə > Güney Press, Manşet > Zaur Mikayılov "Ağsaqqal"ın sözü ilə oturub durur...

Zaur Mikayılov "Ağsaqqal"ın sözü ilə oturub durur...


11-02-2022, 17:31
Zaur Mikayılov "Ağsaqqal"ın sözü ilə oturub durur...
DİA.AZ: - Şəki Suvarma Sistemləri İdərəsində özbaşınalıqla bağlı nə qədər yazsan da xeyri yoxdur. Görünəni odur ki, hələ də Meliorasiya və Su Təsərrüfatı ASC Zaur Mikayılovun deyil, köhnə sədr Əhmədzadənin nəzarəti altındadır.

DİA.AZ bildirir ki, Əhməd Əhmədzadəyə vəzifədə olarkən digər məmurlar "ağsaqqal" deyə xitab edirdilər və bu gün də onun hökmünün Meliorasiya və Su Təsərrüfatı ASC-də keçərli olduğu bəlli olur. Elə bu barədə DİA.AZ-a göndırilən şikayətdən də anlaşılanı budur.

Narazı vətəndaş yazır: "Yenə də şikayətimiz Meliorasiya və Su Təsərrüfatı Naziylinin Şəki Suvarma Sistemləri idarəsinin rəisi Sabir Əhmədovdandır. Sabir Əhmədov haqqında çoxsaylı şikayətlər olmasına baxmayaraq bu adam yenə də biıldiyini edir.

İndi də dövlət tərəfindən idarəyə ayrılan yanacağı satır. Biz şikayətimizi mediaya, nazirliyə, rayon icra hakimiyyətinə etməyimizə baxmayaraq Sabir Əhmədov haqqında heç kim tədbir görə bilmədi.

Onun arxasında Əhməd Əhmədzadə dayanıb və ona görə də büdcədən ayrılan pulları yeyib dağıtmaqla məşğuldur. Yaxın saatlarda da idarədə işçilərinin yanında deyib ki "gördünüz, buranın yiyəsi Əhməd Əhmədzadədir. Bacısı oğlunu da vəzifəyə qoydurdu. Zaur Mikayılov fiqur kimi oturur, o, Əhməd Əhmədzadənin sözündən çıxa bilməz..."

Daha əvvəllərdə yazdığımız kimi Sabir Əhmədov Şəki SSİ ni biznes obyekti kimi işlədir və heç bir orqan, heç bir şəxs ona bata bilmir..!"

İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt