Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Mahmudov haqqında İLGİNC İDDİA
Eldar Mahmudov haqqında İLGİNC İDDİA5-04-2022, 11:31 |
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan yeni xəbər var. DİA.AZ xəbər verir ki, gununsesi.info-nun araşdırmasına görə, sabiq MTN şefi hazırda yeni biznes fəaliyyətinə başlayıb. Belə ki, zamanında qanunsuz yollarla ələ keçirdiyi Bakı kəndlərindəki hektarlala ölçülən torpaq sahələrində bağ evləri inşa etdirən sabiq nazir, həmin evlərdən xeylisini artıq satışa çıxarıb. Qeyd edək ki, ölkədən çıxışına yasaq qoyulan Eldar Mahmudovun həbsi üçün ciddi əsaslar olsa da lakin reallaşmadı. Baxmayaraq ki, Mahmudovun tabeçiliyində çalışan nazirliyin ali zabit heyətinin 21 üzvü məhz vəzifə cinayətlərinə görə məsuliyyətə alınıb. MTN-nin Anti-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevin məhkəmədə Eldar Mahmudov əleyhinə ifadələri kifayyət edirdi ki, onu da qandallasınlar. İndi məsuliyyətdən kənarda qalan Mahmudov rahat şəkildə bizneslə məşğul olmağa başlayıb. Geri qayıt |