Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cəlilabad sakini ünvanlı sosial yardım ala bilmir

Cəlilabad sakini ünvanlı sosial yardım ala bilmir


7-04-2022, 16:15
Cəlilabad sakini ünvanlı sosial yardım ala bilmir
dia-az.life xəbər verir ki, Cəlilabad rayonu, Kirovka qəsəbə sakini Məmmədova Şəlalə Məmməd qızı "Hurriyyet.az"a müraciət edərək, ünvanlı sosial yardım ala bilmədiyini deyir. İki azyaşlı anası olan Cəlilabad sakini aidiyyatı qurumlardan kömək edilməsini xahiş edib:

"Maddi durumumuz çox ağırdır. Qaldığımız ev yaşamalı vəziyyətdə deyil. İki azyaşlı körpəm var. Ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciət etmişəm. Lakin mənə verilmir. Bildirirlər ki, sizin adınıza torpaq var. Bundan əlavə rəsmi nigahmızın olduğunu bəhanə edirlər. Daha sonra deyirlər ki, ünvanlı sosial yardım vermək üçün iş yerim olmalıdır. Bu şərtləri bəhanə edərək vermirlər. Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə ünvanlı sosial yardımın verilməsində köməklik göstərilsin".

Geri qayıt