Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib


12-05-2022, 11:08
“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib
DİA.AZ: - Azərbaycanın mobil rabitə operatoru “Bakcell” ölkədə ilk dəfə olaraq 4G şəbəkəsi üzərindən səs xidmətini (VoLTE - Voice over LTE) istifadəyə verib.

DİA.AZ xəbər verir ki, abunəçilər artıq eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlana biləcəklər.
“Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılan LTE şəbəkəsi sayəsində “Bakcell” abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər.
VoLTE texnologiyası smartfonların batareyadan qənaətlə istifadəsinə də təsir göstərir. Bu səs texnologiyası üzərindən zənglər daha sürətli və keyfiyyətli qurulur.

Geri qayıt