Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Keçmiş deputatın holdinqi böyük zərər edib
Keçmiş deputatın holdinqi böyük zərər edib9-06-2022, 12:54 |
Azərbaycan Milli Məclisinin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğluna məxsus olan “Karat Holdinq” MMC-nin (VÖEN - 9900000141) ötən il gəlirləri təxminən 2 dəfə azalıb. DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com “Karat Holdinq” MMC-nin illik hesabatına istinadən bildirir ki, 2021-ci ilin yekununda şirkət 1 milyon 366 min 836 manat zərər edib. Məlumat üçün bildirık ki, “Karat Holdinq” MMC 14.03.2004-ci ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarova, ev 201-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əsabil Qasımovun qayını Umudov İqdam Əliş oğludur. Sabiq millət vəkili Əsabil Qasımovun Milli Məclisin rəsmi veb-səhifəsində - "meclis.gov.az"da yerləşdirilən tərcümeyi-halında açıq şəkildə qeyd olunub ki, millət vəkili 1995-ci ildən "Karat" holdinqinin direktorudur. Onu da qeyd edək ki, ötən il Əsabil Qasımovun rəhbərlik etdiyi (qanuni təmsilçi) “Azşuqar” Ticarət Şirkəti (VÖEN-1400020391) adını və təşkilatı-hüquqi formasını dəyişərək “De Decco” MMC-yə çevrilib. Şirkətin yeni rəhbəri isə Aleksandr Verşinin Vladimiroviçdir. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Karat Holdinq” MMC-yə bağlı olan onlarla şirkət və biznes obyekti fəaliyyət göstərir. Həmin şirkətlərin və obyektlərin bəzilər aşağıdakılardı: - “Karat” MTK - “İdeal” MMC - “Azİnvest” Tikinti Şirkəti - “Everest-M” - “Şin Servis” - “Karmen” MMC (Un dəyirmanı) - Hökməli Makaron Fabriki - Hökməli Kisə Fabriki - “ASTE”L MMC (Quşçuluq fabrikləri) - Gəncədə “Fatoğlu” un dəyirmanı - Bakıda “Marina Plaza” oteli - Bakıda “Premium” market Geri qayıt |