Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kamil Hüseynov dövlət qurumunda GİZLƏNSƏ DƏ...

Kamil Hüseynov dövlət qurumunda GİZLƏNSƏ DƏ...


22-09-2022, 10:23
Kamil Hüseynov dövlət qurumunda GİZLƏNSƏ DƏ...
Xatırladaq ki, hələ iki il bundan əvvəl Fəyyaz Ələkbərov adlı şəxs MİDA yaşayış kompleksindən ev almaq istəyərkən fırıldaqla üzləşdiyini bildirirdi. Şikayətçinin sözlərinə görə, Əli Hüseynov adlı şəxs ondan və daha 8 nəfərdən 10 mindən çox pul alaraq yoxa çıxmışdı. O iddia edirdi ki, Əli Hüseynovun qardaşı Kamil Hüseynov bir neçə mənzil tikinti kooperativinin sahibi, həmçinin dövlət orqanlarından birində səlahiyyətli şəxs olduğundan polis bu işi düzgün araşdırmır. Araşdırmalardan bəlli olur ki, Əli Hüseynov və qardaşları tikinti sektorunda bir neçə şirkətə sahibdirlər. O, 2007-ci ildə dövlət qeydiyyatına alınan “Əlihüseyn” MMC-nin qanuni təmsilçisidir. Qardaşı Kamil Hüseynov isə “Akkord Azər-Yurd” MMC-nin sahibi, “Azər-Yurd” MMC-nin və “Deutsche Fassaden Technologien” MMC-nin direkoru olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında 2019-cu ildə Kamil Hüseynova “Çinar” MTK adından tiktinti aparması üçün icazə alındığı qeyd olunur. Digər qardaş Vaqif Hüseynov isə 2007-ci ildə qeydiyyata alınan “KOMBARO-AZERLAND” MMC-nin qanuni təmsilçisi, 2005-ci ildə qeydiyyata alınan “DİZAYN” MTK-nın direktoru olub.
Aktualxeber.az-a daxil olan məlumata görə hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. Redaksiyamıza müraciət edən İntiqam İsmayıloğlunun qanuni təmsilçisi də “Azər-Yurd” MTK-dan və Kamil Hüseynovdan şikayətçidir. Onun əlində qüvvəyə minmiş məhkəmə qərarı olsa da K.Hüseynovdan onlara çatacaq 135.270 manat pulu 10 ildir ki, ala bilmirlər. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görəcək və vətəndaşlara dəyən maddi ziyan da ödəniləcəkdir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
//Aktualxeber.az//

Kamil Hüseynov dövlət qurumunda GİZLƏNSƏ DƏ...
Kamil Hüseynov dövlət qurumunda GİZLƏNSƏ DƏ...
Kamil Hüseynov dövlət qurumunda GİZLƏNSƏ DƏ...
Geri qayıt