Əsas Səhifə > Güney Press, Manşet > Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR...

Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR...


6-12-2022, 12:14
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR...
DİA.AZ: - "Şəkildə gördüyünüz bu villa Vasif xanın oğlu Seymur Talıbova aiddir. Naxçıvan şəhərinin Hacıniyyət kəndində yerləşir". DİA.AZ bildirir ki, bu iddia ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR...

Jurnalist daha sonra bildirir: ""Seymur bu mütəvazi villada yaşamaz" deyib sözlərimə şəkk etməyin. Xanzadə həqiqətən də bu villada yaşamır. Villa ona yox, onun itinə məxsusdur. Bəli, qulağınızın içini təmizləməyin, düz eşitdiniz. Seymur müəllimin itinə. Hər gün bu villaya xüsusi yeməklər aparılır və it dünyanın ən ləziz heyvan qidalarından nuş edə-edə kef çəkir. Seyid Əzim Şirvani demişkən:
"İt deyil, ol dəxi bizim birimiz,
Belə ölənlərə fəda dirimiz".
Seymur xanzadənin itinə xüsusi baxan da var. Deyilənlərə görə, Suriyadan gətirilib. Ən maraqlısı isə budur ki, Suriyadan gətirilən bu itəbaxan Miqrasiya Xidmətində də qeydə düşməyib. Niyə də düşsün? Naxçıvanda insandan qiymətli olan itə baxan adam adi vətəndaşdır ki, başqaları kimi hardasa qeydiyyata düşsün? O, da baxdığı it kimi qeyri-bəşər birisidir və Naxçıvanda "qurbanolduqlarım" statusu daşıyan qeyri-bəşər varlıqlar adi bəşər övladları ilə eyni yerdə qeydiyyata düşməzlər. Onun yeri bütün sənədlərdən üstün olan Seymurun könlüdür".

Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR...
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR...

Məsələ ilə bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt