Əsas Səhifə > Güney Press, Üst manşet > Vasif Talıbovun xaraba qoyduğu ÜNVAN...

Vasif Talıbovun xaraba qoyduğu ÜNVAN...


15-12-2022, 08:30
Vasif Talıbovun xaraba qoyduğu ÜNVAN...
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

Bundan əvvəlki yazı burada: Naxçıvan hələ də QULDARLIQ ÇAĞINI yaşayır - İLGİNC İDDİALAR...

***

Naxçıvan MR xəstəxanasının Baş həkimi Zəbur Bağırov rüşvət aldığını etiraf etdiyi səs yazısını xəstənin qohumunu (qardaşının həyat yoldaşını) işdən çıxartmaqla hədələyib sildirib. Sonda isə "mən heç hara gedən deyiləm, kimsə mənə heç nə edə bilməz. Elə etməyin sizi Naxçıvandan didərgin salım", - deyib.
Xəstəxana işçilərindən birinin "vatçap" durumunda paylaşıb dərhal sildiyi statusu təqdim edirik:

Vasif Talıbovun xaraba qoyduğu ÜNVAN...

***

Ülvi Hüseynliyə Çinin "Bir Yol, Bir kəmər" projesindən daha dəyərli iki hədiyyə: Bir Müjdə, Bir Məsləhət

Eşitdim, Nax. MR Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynlinin gözləri yolda qalıb. Bakıdan Naxçıvana gələn təyyarələrə baxıb cənab xan həzrətlərinin nə zaman pilləkənlərdə görünəcəyini gözləyir.
Ülvi müəllimə bir şad, bir də bəd xəbərim var. Şad xəbərim odur ki, "xan" həzrətlərini çox gözləməsin, o, uzun müddət Bakıda qonaq qalacaq. Naxçıvan "boz kardinal" Azər Zeynalovla Baş keşiş Ülvinin ixtiyarına keçəcək. "Xan" kimi istədikləri qədər Naxçıvanı çapıb talaya bilərlər.
Bəd xəbərim oldur ki, Naxçıvan əvvəlki Naxçıvan olmayacaq. Birdən ağlı Vasif xana gedər, ağını çıxarar. O zaman o da Bakıya qonaq qəlməli olar. Bakı isə çox qonaqpərvər şəhərdir. Əlinə qonaq düşdüsə, onu yaxşıca yedirib içirməmiş evə yola salmır. Hətta qonaq çox xoşuna gəlsə, onu əbədi olaraq öz qoynunda saxlayır. Necə ki, xan həzrətlərini əbədi qonaq olmaq taleyi gözləyir.

***

Naxçıvan Respublika xəstəxanasından şikayətlər getdikcə artır. İddialara görə, Baş həkim tibb bacılarına və təmizlikçilərə göz verib, işıq vermir.
Mən də Zəbur müəllimin üzü həmişə gülsün deyə, onun barəsində redaksiyamıza göndərilən bütün şikayət məktublarını dərc etməyə qərar verdim. Beləliklə ilk qısa məktub (olduğu kimi):
"Naxçıvan Respublika xəstəxanasının, aparıcı qüvvələri olub,lakin haranı bitirdiyi məlum olmayan (daha doğrusu hazır diplom almış) həkimləri:
1. Ramidə Bağırova-söbə müdiri
2.Günay Bağırsoylu-cərrah ginekoloq (faizlə həkim gətirmək işləri görür)
3.Vüsal Əliyev-şöbə müdiri
4.Aysel Dünyamalıyeva -şöbə müdiri.
Məncə araşdırma aparılmalı ən mühüm sahələrdən biri də səvhyyədir.Həm yeyinti,həm saxtakarlıq baxımından. Təkcə
işdən çıxarılan işçilərin ərizələrinin yoxlanılması belə burdakı özbaşınalıqların hansı həddə olduğunu göstərər".

Vasif Talıbovun xaraba qoyduğu ÜNVAN...

***

DAVAMI MÜTLƏQ OLACAQ... Nə qədər ki Vasif Xan TAXT BAŞINDADIR...

***

İddia olunanlarla bağlı dia-az.site olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt