Əsas Səhifə > Güney Press, Üst manşet > Naxçıvanın üzünə GÜN NƏ ZAMAN DOĞACAQ...

Naxçıvanın üzünə GÜN NƏ ZAMAN DOĞACAQ...


20-12-2022, 08:17
Naxçıvanın üzünə GÜN NƏ ZAMAN DOĞACAQ...
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

Bundan əvvəlki yazı burada: Vasif Talıbovun yaratdığı eybəcərliklər DAVAM EDİR...

***

Naxçıvanı böyrü üstə qoymağına baxmayaraq, hər dəfə çıxışlarımda mənim yadımdan çıxan Famil Seyidov öz cəddinin qüdrətindən çox danışmasın. Naxçıvanın baş "leşyeyən"i Azər Zeynalovun qara cəddi onun seyid cəddindən daha qüdrətlidir.
4 gündür Naxçıvanın havası açılmır ki, baş "leşyeyən" Bakıya təşrif gətirsin.

***

Qara Pişikdən (anonim mənbə - red.) Naxçıvan MR DYP rəisi Ayaz Quliyevə önəmli məsləhətlər: "Qara dəftəri unutma!"

Qara Pişiyin iddiasına görə, növbə Naxçıvan DYP rəisi polis mayoru Ayaz Quliyevə gəlib çatıb: "Onu artıq muxtar nazir Rəşad İsmayılov da xilas edə bilməz. Təkcə ona görə yox ki, hər həftə pulları Rəşad İsmayılova yox, şəxsən Nəqşi-cahan Holdinqdə Seymura aparırdı. Özü də sumka-sumka. Həm də ona görə ki, Rəşad müəllim mərhəmətə gəlsə belə, Məhəmməd İmanov kimi "maşın qəssabı"nın əli ilə Naxçıvan sürücülərinə qan udduran Ayaz Quliyevi bir əlində tərəzi, o birində qılınc tutan Femida xanımın bağlı gözlərindən yayındıra bilməz".
Bununla belə, Qara Pişik Ayaz Quliyevə çox önəmli məsləhətlərdə də bulundu: " Ayaz Quliyevin kabinetində bir qara dəftəri var. DTX-ya gedəndə onu özüylə götürməyi unutmasın. Ayaz Quliyevi qurtarsa-qurtarsa o qara dəftər, bir də səmimi etirafları qurtara bilər. Təbii ki, tamamilə yox. Ayaz müəllim öz məsuliyyət yükünü səmimi etirafları və qara dəftərindəki qeydləri ilə yüngülləşdirə bilər".

***

Naxçıvan MR DYP-nin rəisi Ayaz Quliyevin hər ay Seymura 350-400 min manat xərac apardığı bildirilir.
Ayaz Quliyev bu vəzifəyə Vasif Talıbovu müşayiət edən polis heyətindən gətirilib. Vəzifəyə gələn kimi də öz dostu Rüfət Nuryevi də Naxçıvan şəhər "QAİ"sinin rəisi təyin etdirib. Beləcə, Naxçıvanın DYP tamamilə Ayaz Quliyevin əlinə keçib.
Ayaz Quliyev Naxçıvan MR DİN rəhbərliyini adam yerinə qoymur, vəliəhd xanzadə Seymur Talıbovla birbaşa əlaqə saxlayır.
Yeri gəlmişkən, bu gün "xan" həzrətlərinin müşayiətçi ("сопровождения") polis dəstəsi də ləğv olunub. Müşayiət dəstəsinə Nəsir adlı polis mayoru rəhbərik edirdi.

***

Azərbaycan Ordusu ilə Naxçıvan Əlahiddə qoşunları arasındakı 3 sm-lik fərq

Naxçıvandakı Əlahiddə ümumqoşun Ordusundakı mənbələrimizdən aldığımız məlumata əsasən, el arasında general-"zadni skorost" ləqəbi ilə tanınan Kərəm Mustafayev yenə adəti üzrə "zadni skorost" rejiminə keçib.
Bildirilir ki, Kərəm Mustafayev neçə illərdir, hərbçilərin geyim formasında olan fərqlənmə nişanlarını, şevron və bayrağı, sıra addımlarını, məruzə qaydalarını, hərbi salamvermə qaydaları və s. Azərbaycan Müdafiə Nazirliyinin təyin etdiyi vahid qaydaya uyğun yox, öz bildiyi kimi necə gəldi təyin edirmiş. Misal üçün, Azərbaycan Müdafiə Nazirliyinin təlimatlarına görə, hərbçilərin geyinində olan şevron (qolda olan Azərbaycan Ordusu işarəsi) əslində çiyindən aşağı 3 sm məsafədə tikilməlidir. Kərəm paşa isə deyirmiş ki, siz 6 sm-dən tikin. Bu azmış kimi, hər həftənin 1-ci və 6-cı günləri polkovnik və generalların əlinə xətkeş verirmiş ki, gedin gizir, MAXE-lərin qolundakı şevronların santimetrini ölçün. Təsəvvür edin ki, kimdəsə 1 mm əyri olan kimi deyirmiş ki, 13-14-cü əmək haqqısını kəsin, həmin bölməyə kazarma vəziyyəti (zabit, gizir, MAXE heyətini həftələrlə evə buraxmırmış və gündəlik ərzaq normasına uyğun yemək də vermirmiş) verin, dərəcəsini alın və s.
Qara Pişiyin iddiasına inansaq, "Xan" yağlı əppək olub göyə çəkildikdən sonra Kərəm paşa növbəti dəfə "zadni" skorusla geri çəkilməyə başlayıb. O, zabitlərinə bildirib ki, bundan sonra bütün qaydalar Müdafiə Nazirliyinin əmr etdiyi kimi olsun. Yəqin o elə bilir ki, bunu etməklə canını məsuliyyətdən qurtara biləcək.

***
Naxçıvan Əlahiddə Ordunun əsgərləri niyə özlərini Nemətcik adlandırırlar?

Türk əsgəri özünü Mehmetçik, Naxçıvandakı əlahiddə qoşunların əsgərləri isə Nemətcik adlandırır.
Adların haradan qaynaqlandığına gəlincə, Türk əsgəri özünü Məhəmməd peyğəmbərin döyüşçüsü sandığı üçün bu adı şərəflə daşıyır.
Naxçıvandakı Azərbaycan əsgəri isə özünü Kərəm paşanın qardaşı Nemət Mustafayevin nökəri kimi gördüyündən könüllü şəkildə bu adı qəbul edib.

***

Naxçıvanın üzünə GÜN NƏ ZAMAN DOĞACAQ...

Naxçıvan sakini Məzahir Məmmədov soruşur:
"Nəyə görə Kərəm Mustafayevin qardaşının evində işləyərkən yıxılıb ölən əsgərə şəhidlik statusu verilir, mənim balam hərbi əmri yerinə yetirərkən şəhid olur, amma ona eyni status verilmir?

***

DAVAMI MALƏSƏF OLACAQ.. ÇÜNKİ XAN HƏLƏ İŞ BAŞINDADIR...

dia-az.site olaraq qeyd olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt