Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Binəqədi bələdiyyəsində həbs olunanlar AZADLIĞA BURAXILDI?
Binəqədi bələdiyyəsində həbs olunanlar AZADLIĞA BURAXILDI?6-05-2023, 09:33 |
Xəbər verdiyimiz kimi, dünən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsində əməliyyat keçirilib. Əməliyyatda prokurorluq əməkdaşları ilə yanaşı polislər də iştirak edib. DİA.AZ bildirir ki, “Yeni Sabah”a əməliyyatın bəzi detalları bəlli olub. Belə ki, Binəqədi qəsəbə bələdiyyəsi əməkdaşlarının həbsi iki səbəblə bağlı olub. Birincisi, qəsəbə bələdiyyəsinə aid olmayan ərazini rüşvət qarşılığında başqalarına satmaları, ikincisi isə adı açıqlanmayan şəhid ailəsindən torpaq sənədi düzəltmələri qarşılığında rüşvət almaları iddialarıdır. Bir daha qeyd edək ki, bunlar iddiadır, hələ ki, rəsmi şəkildə təsdiq olunmayıb. Lakin geniş əməliyyat olubsa, deməli, əsaslı səbəblər var. Əldə etdiyimiz məlumata görə, əməliyyat zamanı saxlanılan bələdiyyə sədrinin müavinləri Mətanət Nəsibova, Rəşad İsayev, ümumi şöbənin müdiri Esmira Nəsibova (Mətanət Nəsibovanın bacısı), adları bizə bəlli olmayan hüquq şöbəsinin müdiri və arxivçı xanım dünən günün ikinci yarısında Bakını tərk etməmək şərtilə evə buraxılıblar. Mediada gedən məlumatlara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Mətanət Nəsibova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il şərti iş alıb. Belə çıxır ki, M.Nəsibova şərti iş almasına baxmayaraq Binəqədi qəsəbə bələdiyyəsində sədr müavini kimi maddi-məsul vəzifəsini davam etdirirmiş. Hesab edirik ki, Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzi, Binəqədi rayon İcra Hakimiyyəti bu məsələyə aydınlıq gətirməlidir. İctimai fəal, eyni zamanda sonuncu bələdiyyə və parlament seçkilərində Binəqədidən həm deputatlığa, həm də bələdiyyə üzvlüyünə namizəd olan Rəbiyyə Məmmədova sosial şəbəkə hesabında qeyd edirdi ki, Mətanət Nəsibova 2005-ci ildən bələdiyyə qullquçusu kimi Binəqədi qəsəbəsində fəaliyyətə başlayıb. R.Məmmədova əlavə edib ki, Mətanət Nəsibovaya şərəfsiz dediyimə görə onu məhkəməyə verib. Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov dünən Yenisabah.az-a verdiyi açıqlamasında bildirmişdi ki, məsələ ilə bağlı əlavə məlumat veriləcək. Geri qayıt |