Əsas Səhifə > Güney Press, Reklam > Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur

Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur


21-06-2023, 16:42
Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur
DİA.AZ: - Nar yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir. Layihənin öncəki
illərdəki uğurlarına əsaslanan “Nar”, bu dəfə 25 yeniyetmənin peşəkar təlim üçün bütün lazımi boks
ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb.
Bu barədə DİA.AZ-a şirkətdən məlumat verilib.
“Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində uşaq evlərindən və aztəminatlı ailələrdən olan bu gənclərə
dünya, Avropa və olimpiya çempionlarının məşqçiləri təlim keçəcək. Narın İctimaiyyətlə Əlaqələr
Departamentinin rəhbəri Əziz Axundov bu təlimlər vasitəsilə onlara peşəkar boksda uğurlu karyera
qurmaq üçün əvəzolunmaz şans verildiyini qeyd edib: "Yeniyetmələrin fiziki rifahına sərmayə qoymaqla
Nar olaraq, boks rinqini aşan və onların həyatına müsbət təsir göstərən nizam-intizam, əzmkarlıq və
möhkəmlik kimi dəyərləri aşılamağı hədəfləyirik, ümid edirik ki, gələcəkdə bu gəncləri dünya, Avropa və
olimpiya çempionu kimi görəcəyik”.
Nar sosial məsuliyyətli şirkət olaraq, diqqəti uşaq evləri və aztəminatlı ailələrdən olan yeniyetmələrə
yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun
həyata keçirdiyi digər sosial layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.

Nar yeniyetmələrin sağlam həyat tərzi üçün boks təliminə dəstək olur

Geri qayıt