Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Xaçmazın başçısı da UĞURSUZ ÇIXDI...

Xaçmazın başçısı da UĞURSUZ ÇIXDI...


14-10-2023, 16:49
Xaçmazın başçısı da UĞURSUZ ÇIXDI...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Xaçmaz rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Xaçmaz rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.

İcra başçısı Elnur Rzayev dörd ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər.

Saknlərin iddialarınaa görə, başçıdan şikayət edənlər isə açıq şəkildə hədələnir..."

İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ƏLAQƏDAR YAZI: Qaraşov Lənkəranın gününü qaraldıb... - HÜQUQ ONDAN AŞAĞI DEYİL Kİ...

Geri qayıt