Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Keçmiş NEFT OLİQARXININ namizədliyi ləğv oluna bilər...

Keçmiş NEFT OLİQARXININ namizədliyi ləğv oluna bilər...


2-08-2024, 11:38
Keçmiş NEFT OLİQARXININ namizədliyi ləğv oluna bilər...
Yeni Azərbaycan Partiyasının 96 saylı Goranboy – Naftalan seçki dairəsindən namizədliyini irəli sürdüyü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər. Çünki Bədəl Bədəlovun adına külli- miqdarda əmlak var. İddia edilir ki, şəxs haqqında bir qrup seçici tərəfindən MSK-ya daxil olan şikayət araşdırılır. XALQ.AZ məlumat verir ki, iddia görə, əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər MSK-ya təqdim edilib.

Əgər bu iddialar doğru olsa o zaman Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər.

Belə ki, Bədəl Bədəlovun obyektlərinin bir çoxu SOCAR-a məxsus ərazilərdə inşa edilib. Qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə fərdi ev və obyekt inşa edilib.

Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.

Geri qayıt