Əsas Səhifə > Güney Press > “Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi

“Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi


Bu gün, 08:29
“Azəristiliktəchizat”ın eksavator almaqla bağlı tenderi ləğv edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəristiliktəchizat” ASC-nin eksavatorun satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayının üçdən az olmasıdır.

Ləğvetmə prosesi "Dövlət satınalmaları haqqında" Qanuna əsasən həyata keçirilib.

Qeyd edək ki, “Azəristiliktəchizat” ekskavator almaq niyyətindədir. Qurum bu xüsusi nəqliyyat vasitəsini istehsalat zəruriyyəti ilə əlaqədar almaq istədiyini bildirir və alqı-satqının 300 min manata başa gəıləcəyini proqnozlaşdırıb.
Geri qayıt