Əsas Səhifə > Güney Press > MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə

MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə


Bu gün, 13:08
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi vəzifəsində çalışmış Mahir Şirvanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin ilkin baxış iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 30-na təyin olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin bu il sentyabrın 9-da çıxardığı hökmə əsasən, Mahir Şirvanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Baş Prokurorluq hökmdən narazı qalıb.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, təqsirləndirilən şəxsin əməlinin xarakteri və ictimai təhlükəliliyi, habelə Cinayət qanunun normasının düzgün tətbiq edilməyərək ona qanunla nəzərdə tutulan həddən aşağı cəzanın təyin edilməsi nəzərə alınaraq, qeyd edilən hökmlərdən sentyabrın 24-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.

Xatırladaq ki, Baş Prokurorluq Müdafiə Nazirliyinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən də apellyasiya protesti verib. Protestə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Geri qayıt