Əsas Səhifə > Güney Press > İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR

İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR


Bu gün, 13:56
İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR
Bu gün səhər İsrailin Dövlət Prokurorluğu Beyt Tsafafa bölgəsinin 19-23 yaş arası yeddi sakininə qarşı Qüds dairə məhkəməsində ittiham irəli sürüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onların hamısı müharibə vaxtı düşmənə yardım etmək, məxfi məlumatları ötürmək kimi ciddi ittihamlarla üzləşirlər. Bu gənclər, müstəntiqlərin fikrincə, İran agentlərinin rəhbərliyi altında hərəkət edərək, israilli alimi aradan götürməyə çalışıblar.

Prokurorluq həmçinin bütün təqsirləndirilən şəxslərin məhkəmə başa çatana qədər həbsdə saxlanmasını xahiş edib.

İttiham aktına görə, əsas müttəhim Rami Aliya ötən ilin sentyabrında Telegram tətbiqi vasitəsilə İran agenti tərəfindən işə götürülüb. O, həm təkbaşına, həm də digər müttəhimlərin köməyi ilə bu agent üçün müxtəlif tapşırıqlar yerinə yetirib. Aliyaya verilən əsas vəzifələrdən biri də onu aradan götürmək məqsədi ilə bir İsrail nüvə alimi haqqında məlumat toplamaq olub. Rehovotdakı Veytsmann İnstitutunun fotoşəkillərini çəkmək də ona həvalə olunub.

Aliya bu tapşırıqları yerinə yetirmək üçün digər qrup üzvlərini işə cəlb edib. Tapşırığı yerinə yetirmək cəhdlərinin birində institutun mühafizəsi ilə qarşılaşıblar və yalnız giriş sahəsinin şəklini çəkə biliblər. Alimin məhvinə hazırlaşarkən, Rami Aliya silah əldə edib, lakin şübhəlilərin həbsi cinayət planı həyata keçirilməzdən əvvəl baş verib.

İttihamnamədə həmçinin müttəhimlərin Qüdsün Eyn-Karem məhəlləsində avtomobilləri yandırmaq, odlu silah və qumbara almağa cəhd etmək və İsrail təhlükəsizlik qüvvələrinə hücumlar planlaşdırmaq da daxil olmaqla, digər cinayətləri də təsvir edilib. Bundan əlavə, oğurlanmış şəxslərin azad edilməsinə çağırış edən plakatlar asıblar. Aliya etdiyi hərəkətlərə görə kriptovalyuta ilə ödəniş alıb və onu nağd pula dəyişdirərək, təxminən 26 min şekel (7 min dollara yaxın) əldə edib.

Qrupun bir hissəsi həbs edildikdən sonra Aliya nəzarətdən yayınmaq və həbs olunmamaq üçün mobil cihazını məhv edərək, qalıqlarını açıq yerə ataraq qaçmağa çalışıb.

Rami Aliya ilə yanaşı, təqsirləndirilənlər arasında Abd al-Rahman Aliya, Məhəmməd Xatib, Mimaduh Hadar, Omri Abu Hamid, Mahmud Hadar və Mohammed Taha da var. Onlar müharibə zamanı düşmənə yardım etmək, xarici agentlə əlaqə saxlamaq, məxfi məlumatları ötürmək, terror aktlarında iştirak etmək, qanunsuz silah tətbiq etmək və ədalət mühakiməsinə mane olmaq kimi cinayətlərdə ittiham olunurlar.

Prokurorluq bu cinayət əməllərinin yüksək təhlükə dərəcəsini və təqsirləndirilən şəxslərin İsrail dövlətinin təhlükəsizliyinə real təhlükə olduğunu vurğulayır.

Qeyd edək ki, casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır.

Geri qayıt