Əsas Səhifə > Güney Press > Qarabağ belə azad edilib:

Qarabağ belə azad edilib:


Bu gün, 14:17
Qarabağ belə azad edilib:
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatların BMT qətnamələrinə əsaslandığını etiraf edib. Bu faktı uzun müddətdən sonra Ermənistan rəhbərliyinin nəhayət ki, qəbul edib etiraf etməsi vacibdir. Uzun onilliklər Azərbaycan ərazilərini işğalda saxlamış bir ölkənin nəhayət ki, yeni reallığı qəbul etməsi zəruri idi.

Teleqraf.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu etirafın Azərbaycan üçün önəmidən bəhs edib.

“Dəfələrlə bəyan edilib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsini yerinə yetirməməsindən qaynaqlanır. Beləliklə, Azərbaycan da təkbaşına bu qətnamələri icra edib. Ona görə də, ölkəmizə qarşı hər hansı bir şəkildə gələcək iddialarda erməni rəsminin bu etirafı birmənalı şəkildə diqqətə çatdırılmalıdır”,- deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, Ermənistan tərəfindən bu addımın atılması müsbət irəliləyişdir:

“Bu kimi məsələlərdə Azərbaycan erməni tərəfinin etiraflarından istifadə etməlidir. Belə etiraflar beynəlxalq müstəvidə ölkəmizin işinə yarayan bir addımdır”.

Geri qayıt