Əsas Səhifə > Güney Press > Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır...

Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır...


Bu gün, 15:33
Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır...
“Azərbaycanda hansısa məmur vəzifədə olduğu müddətdə korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, nədənsə onun adı "çörəkverən kişi" qalır. Niyə ölkədə bu cür yanaşma var? Bu sualın ən möhtəşəm cavabı Azərbaycan tarixinin ən dahi beyninə sahib olan şairimiz Mirzə Ələkbər Sabirin şeirindəki misralarla cavab vermək istəyərdim: “Millət necə tarac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələri ilə nədir karım?! Dünyavü cahan ac olur, olsun, nə işim var?! Mən salim olum, cümlə cahan batsa da, batsın!””

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Nizami Orucov deyib.

“Ədalət anlayışı təkcə başqa adamların ünvanına yox, bizə qarşı da olanda eyni dəyərləri qoruya bilməyimizdir. İnsanların bir çoxu sözdə dəyərlər daşıyıcısıdır. Yəni ikili standart şəklində davranırlar. Bir tərəfdən rüşvətə qarşıdırlar, amma digər tərəfdən rüşvət alanlara yardım etməklə ikili standartlı oyunlar oynamağa başlayırlar. Bu isə həmin insanların vicdanında və şəxsi inkşafında problem olduğunun göstəricisidir”, — psixoloq bildirib.

Geri qayıt