Əsas Səhifə > Güney Press > Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir

Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir


Bu gün, 16:25
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızıstana rəsmi səfəri davam edir. Bu barədə "DİA-AZ"-a MN-dən xəbər verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş etdirilib.


Geri qayıt