Əsas Səhifə > Güney Press > 15 il həbs cəzası alan iş adamı və digərləri

15 il həbs cəzası alan iş adamı və digərləri


Bu gün, 16:57
15 il həbs cəzası alan iş adamı və digərləri
Mənzil dələduzluğunda ittiham edilərək həbs edilən "Mur-Ay" MMC-nin sədri və digərlərinin barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.

Qaynarinfo-nun məlumatına görə, MMC-nin sədri Elxan Hüseynov, müavini Bəybala Sultanov, şirkətdə müsahib işləyən Novruz Muxtarov, Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, satış üzrə menecer Səhriyar Ağayev, Sifəddin Səfərov və "Azərbaycan" nəşriyyatının keçmiş direktor müavini Qalib Məmmədbəyli barələrindəki hökmdə kassasiya şikayəti verib.

"Mur-Ay" MMC inşaat şirkətidir. Şirkət Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirib. Sonradan məlum olub ki, şirkətin rəhbərliyi mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satıb.

Vətəndaşların çoxsaylı şikayətlərindən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Yuxarıda adıçəkilən şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Hüseynov 15 il, Qalib Məmmədbəyli 10 il, Bəybala Sultanov 13 il, Seyfəddin Səfərov 10 il, Şəhriyar Ağayev 11 il, Vaqif Söhbətov 12 il və Novruz Muxtarov 11 il azdlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Geri qayıt