Əsas Səhifə > Güney Press > Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb


Bu gün, 17:15
 Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb. Onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib. Bu barədə "DİA-AZ"a DİN-dən xəbər verilib.



Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotiklərə qarşı mübarizə tədbirləri davam etdirilir.

 Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

Geri qayıt